Avstriya ATƏT ərazisindəki münaqişələrin həlli üzərində çalışacaq
"Avstriyanın ATƏT-ə sədrliyi müddətində əsas prioritetlərindən biri təşkilat ərazisində mövcud olan münaqişələrdə eskalasiyanın qarşısının alınması üçün təhlükəsizlik sahəsində kollektiv fəaliyyət olacaq". Bunu Vyanada Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib.
12 Yanvar 2017 16:05 Siyasət"Avstriyanın ATƏT-ə sədrliyi müddətində əsas prioritetlərindən biri təşkilat ərazisində mövcud olan münaqişələrdə eskalasiyanın qarşısının alınması üçün təhlükəsizlik sahəsində kollektiv fəaliyyət olacaq". Bunu Vyanada Avstriyanın xarici işlər naziri Sebastyan Kurts deyib.
Nazir deyib: "ATƏT-ə sədrliyi müddətində Avstriyanın səyləri qarşılıqlı etimadın bərpa olunmasına yönələcək, biz bütün ictimaiyyətə başlıca təhlükə olan radikallıq və terrora qarşı mübarizə aparacağıq".
Qeyd edək ki, Avstriya 2017-ci ilin yanvarın 1-dən Almaniyadan ATƏT sədrliyini təhvil alıb.