Siyasət

Xarici İşlər Nazirliyi  bəyanat yaydı

13 Yanvar 2017 13:45

“КВН” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarının 10-23 yanvar 2016-cı il tarixində Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvətinə münasibətdə təəssüfümüzü və narazılığımızı ifadə edirik.

Ermənilər işğalçı siyasətlərini çox davam etdirə bilməyəcəklər

13 Yanvar 2017 13:37

“Ermənistanın Azərbaycan hərbi qulluqçusunun nəşini qaytarmaması insanlığa sığmır. Onların işğalçı siyasətləri davam etdikcə, belə saxtakarlıq, təxribat törədəcəklər. Ermənilər Azərbaycan ordusunun gücünü yaxşı bilidikləri üçün qorxuya düşüblər və belə saxtakarlıqlarla dünyaya yalan məlumatlar çatdırmaq istəyirlər”. Bunu millət vəkili Rövşən Rzayev deyib.

ÜAK 28-ci Beynəlxalq KVN festivalı ilə bağlı etiraz bəyanatı yaydı

13 Yanvar 2017 13:33

Ümumrusiya Azərbaycan Konqresi yanvarın 10-da Rusiya Federasiyasının Soçi şəhərində start götürən 28-ci Beynəlxalq KVN festivalına Dağlıq Qarabağ separatçı rejimini təmsil edən komandanın dəvət edilməsi ilə bağlı Rusiyadakı Azərbaycan diasporu adındanbəyanat yayıb.

Cəbhədə erməni təxribatı davam edir

13 Yanvar 2017 12:29

“OLAYLAR”-ın Müdafiə Nazirliyinə istinadən verdiyi xəbərə görə, erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan da istifadə etməklə sutka ərzində atəşkəs rejimini ümumilikdə 50 dəfə pozub. Ermənistan Respublikası Berd rayonunun Çinari kəndində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq kəndində, Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub. İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Baş Qərvənd, Şıxlar, Qaraqaşlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qorqan, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutulub.

Millət vəkili: "Ötən il Azərbaycanın beynəlxalq mövqeyi daha da möhkəmlənib"

13 Yanvar 2017 12:09

“2016-cı ildə Azərbaycanın xarici siyasəti uğurlu olub, ölkəmizin beynəlxalq münasibətlər sistemində mövqeyi daha da möhkəmlənib, nüfuzu artıb”. Bunu  Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədr müavini, YAP-ın Beynəlxalq əlaqələr şöbəsinin müdiri Sevinc Fətəliyeva deyib.

Politoloq: "2017- ci ilin mürəkkəb il olacağı artıq indidən məlumdur" 

13 Yanvar 2017 12:07

"Bugün hərbi ekspertləri və siyasətçiləri düşündürən suallardan biri dövlətlərin milli maraqlarının təmin edilməsində xaricdəki hərbi bazaların yaradılmasının effektivliyidir. Müasir dünyada bir çox kiçik dövlətlərin öz hücum və müdafiə sistemləri var və bəzilərinin fikrincə artıq xərc çəkib haradasa hərbi baza qurmağa ehtiyyac yoxdur. Lakin özünü supergüc adlandıran və ya dünyada lider olmağa çalışan dövlətlər öz güclərini göstərmək üçün xaricdə hərbi bazalardan istifadə edirlər. Bu gün dünyada ən çox hərbi baza ABŞ-a məxsusdur". Bunu politoloq Zaur Məmmədov deyib.

Musa Quliyev: "Prezidentin müşavirədəki fikirləri fəaliyyət proqramıdır" 

13 Yanvar 2017 12:02

“Prezidenti İlham Əliyevin sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin iclasında xüsusilə də ölkə başçısının nitqində söylədiyi fikirlər  Azərbaycanın 2017-ci və gələcək illərdə sosial iqtisadi inkişafının yol xəritəsidir”. Bunu SƏS TV-yə açıqlamasında  Milli Məclisin əmək və sosial siyasət komitəsinin üzvü, millət vəkili Musa Quliyev deyib.

Hərbi ekspert: "Hərbçilərimiz düşməni məhv etməyə tam hazırdır" 

13 Yanvar 2017 11:35

“Bu gün ən müasir və güclü ordusu olan dövlətlərin silah-sursatları Azərbaycan ordusunda mövcuddur. Hərbçilərimiz ən müasir silahlarla silahlanıblar. Bu silahlar Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin qorunmasına, bundan da sonra ordumuzun güclənməsinə xidmət edirlər”. Bunu Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyinin sədri, hərbi ekspert Emin Həsənli deyib.

Hikmət Hacıyev: “Azərbaycanın beynəlxalq aləmdə nüfuzu daha da artıb”

13 Yanvar 2017 11:33

“Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi altında ölkəmizin uğurlu xarici siyasəti həyata keçirilir. Dövlətimizin uğurlu xarici siyasəti məhz uğurlu daxili siyasətimizin davamıdır. Ölkəmizin xarici siyasəti də daxili siyasətin davamı olaraq xalqımızın mənafeyinə və milli maraqlarına xidmət edir”.

İlham Əliyev: "Azərbaycanın bugünkü uğuru hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir" 

13 Yanvar 2017 11:14

Davos İqtisadi Forumunun rəsmi saytında Azərbaycan Prezidenti İlham Əliyevin "2017-ci ildə Azərbaycan iqtisadiyyatının prioritetləri" adlı məqaləsi dərc olunub. Məlumata görə, məqalədə qeyd olunur ki, Azərbaycanın bugünkü uğuru son bir neçə ildə hərtərəfli, konkret və məqsədyönlü səylərin nəticəsidir.

Prezident büdcə sistemi ilə bağlı sərəncam imzaladı

12 Yanvar 2017 18:38

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Büdcə sistemi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 486-VQD nömrəli Qanununun tətbiqi haqqında sərəncam verib. 

Vergi ödəyiciləri haqda fərman verildi

12 Yanvar 2017 18:31

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Vergi ödəyicilərinin 2017-ci ilin 1 yanvar tarixinə mövcud olan vergi borclarının tənzimlənməsi haqqında" Azərbaycan Respublikasının 2016-cı il 30 dekabr tarixli 474-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.

Dövlət qulluqçularının maaşı haqda prezidentin qərarı

12 Yanvar 2017 18:30

Azərbaycan Respublikasının prezidenti İlham Əliyev "Dövlət qulluqçularının əməkhaqlarının artırılması haqqında" Azərbaycan Respublikası prezidentinin 2008-ci il 9 iyul tarixli 2934 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə sərəncam imzalayıb.