Siyasət

Mübariz Əhmədzadə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib

13 Yanvar 2017 18:34

Azərbaycan Prezidenti İlham Əliyev Mübariz Əhmədzadənin 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.

2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq

13 Yanvar 2017 18:10

2017-ci il Azərbaycan iqtisadiyyatının inkişaf ili olacaq. Biz səmərəli iqtisadi islahatların həyata keçirilməsini davam etdirəcəyik. Eyni zamanda, sosialyönümlü təşəbbüslərin maliyyələşdirilməsini artıracağıq. Bu fikirlər Prezident İlham Əliyevin Davos İqtisadi Forumunun rəsmi saytında verilmiş “Azərbaycanın 2017-ci il üçün iqtisadi prioritetləri” sərlövhəli məqaləsində yer alıb.

Rusiyanın ATƏT-dəki səfiri: “Dağlıq Qarabağ münaqişəsinin həllində Avstriya ilə əməkdaşlığa hazırıq”

13 Yanvar 2017 17:29

“Biz Dağlıq Qarabağ münaqişəsinin həllində Avstriya ilə əməkdaşlığa hazırıq”. Bunu RusiyanınATƏT-dəki daimi nümayəndəsi Aleksandr Lukaşeviç qurumun Daimi Şurasının yanvarın 12-də keçirilən iclasında deyib. 

Qoşunların qarşıdurma xəttinə yaxın əraziyə ermənilər tərəfindən partlayıcı qurğu atılıb

13 Yanvar 2017 16:36

Son vaxtlar müxtəlif vasitələrlə Azərbaycan-Ermənistan dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdən Ermənistan bu dəfə daha bir təxribata əl atıb. “OLAYLAR”-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi xəbərə görə, ermənilər tərəfindən kustar üsulla hazırlanan partlayıcı qurğu yanvarın 12-də dövlət sərhədinin Tovuz rayonu sahəsində, qoşunların qarşıdurma xəttinə yaxın əraziyə PUA vasitəsilə atılıb.

Nazir müavini: “Azərbaycan komandası “KVN” festivalında iştirakdan imtina edə bilər”

13 Yanvar 2017 16:15

“Şən və hazırcavablar klublarının Rusiyanın Soçi şəhərində keçirilən festivalında qondarma “Dağlıq Qarabağ Respublikası”nı təmsil edən 2 komandanın iştirakı ortaya çıxıb. Bununla bağlı Gənclər və İdman Nazirliyi tərəfindən beynəlxalq federasiyaya, eyni zamanda, yarışmanın yayımlandığı telekanala etiraz bildirilib. Bizim komanda bu etirazları lazımi ünvanlara çatdırıb”.

Prezident İlham Əliyev DSX-nın inşası başa çatan gəmisi ilə tanış olub

13 Yanvar 2017 15:52

Azərbaycan prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham ƏliyevDövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsinin Gəmi İnşası və Təmiri Mərkəzində inşası başa çatdırılan sərhəd gözətçi gəmisi və xidməti istifadəyə verilən yeni xüsusi texnikalar ilə tanış olub.

Azərbaycan prezidenti İlham Əliyev Ərdoğana məktub göndərib

13 Yanvar 2017 15:51

Prezident İlham Əliyev Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğana məktub göndərib. Məktubda deyilir: "Hörmətli cənab Prezident, Əziz Qardaşım!

Deputat: "Günahkar beynəlxalq güclərdir" AÇIQLAMA

13 Yanvar 2017 15:38

“Ermənistanın dekabrın 29-da cəbhədə törətdiyi təxribatdan sonra əsgərimizin meyitini qaytarmaması, üstəlik də  bununla bağlı qarşımıza şərt qoymasında beynəlxalq gücləri günahlandıram. Çünki, aprel döyüşləri zamanı Azərbaycan tərəfi bu məsələlərə birdəfəlik son qoyacaq, erməniləri Dağlıq Qarabağ ərazisindən çıxaracaqdı. Lakin beynəlxalq güclər bizdən bunun dayandırılmasını xahiş etdilər və bildirdilər ki, guya məsələni dinc yolla həll edəcəklər. Artıq 9 aydır ki, onlar bu istiqamətdə heç nə etmirlər”. Bunu  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Fərəc Quliyev deyib.

"Siz adam deyilsiniz, heç gestapo da belə eləmirdi..."

13 Yanvar 2017 14:30

Ermənistan hakimiyyəti dekabrın 29-da sərhəddə baş vermiş döyüşlər zamanı həlak olmuş Azərbaycan əsgəri Çingiz Qurbanovun  cəsədinin geri qaytarılmasına dair beynəlxalq ictimaiyyətin çağırışlarına məhəl qoymur.

Ermənistan hökuməti Sülh Platformasına qoşulan fəallara təzyiq göstərir BƏYANAT

13 Yanvar 2017 14:26

"Ermənistan-Azərbaycan Sülh Platforması"nın iştirakçıları bəyanat yayıblar. Bəyanatda bildirilib ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanmasına yardım etmək məqsədilə 6 dekabr 2016-cı ildə "Ermənistan-Azərbaycan Sülh Platforması" yaradılıb. Platforma münaqişənin sülh yolu ilə həllinə töhfə vermək istəyən Azərbaycan və Ermənistan vətəndaşlarının təşəbbüsüdür. 

İrəvan Azərbaycan Prezidentinin xəbərdarlıq mesajlarından nəticə çıxarmağa məhkumdur

13 Yanvar 2017 14:18

Həyata keçirilən uğurlu xarici siyasət Azərbaycanın beynəlxalq aləmdəki mövqelərini ildən-ilə gücləndirir, onu dünya dövlətlərinin etibarlı tərəfdaşına çevirir. Azərbaycanın beynəlxalq aləmdəki mövqelərinin möhkəmlənməsi Dağlıq Qarabağ problemi ilə bağlı məsələdə ölkəmizin haqlı mövqeyinin beynəlxalq səviyyədə dəstəklənməsinə də öz müsbət təsirini göstərir.

Azərbaycan dünyada modern müsəlman ölkəsi kimi tanınır

13 Yanvar 2017 14:09

Azərbaycanın ildən-ilə artan siyasi nüfuzu və çəkisi, regionda əhəmiyyətli rola malik bir ölkəyə çevrilməsi dünya dövlətlərinin respublikamıza olan marağını artırır. Bunu şərtləndirən başlıca amillərdən biri də ölkəmizin bir sıra beynəlxalq tədbirlərə, dünyanın maraq dairəsində olan, bəşəriyyəti düşündürən qlobal məsələlərə həsr edilmiş toplantılara evsahibliyi etməsi, eyni zamanda müasir dünyamız üçün vacib sayılan təşəbbüslərlə çıxış etməsidir.