Azərbaycan dünyada modern müsəlman ölkəsi kimi tanınır
Azərbaycanın ildən-ilə artan siyasi nüfuzu və çəkisi, regionda əhəmiyyətli rola malik bir ölkəyə çevrilməsi dünya dövlətlərinin respublikamıza olan marağını artırır. Bunu şərtləndirən başlıca amillərdən biri də ölkəmizin bir sıra beynəlxalq tədbirlərə, dünyanın maraq dairəsində olan, bəşəriyyəti düşündürən qlobal məsələlərə həsr edilmiş toplantılara evsahibliyi etməsi, eyni zamanda müasir dünyamız üçün vacib sayılan təşəbbüslərlə çıxış etməsidir.
13 Yanvar 2017 14:09 SiyasətRufiz Qonaqov: "İslam Həmrəyliyi İli"ndə də Azərbaycan qarşıya qoyduğu məqsədlərə tam nail olacaq"
Azərbaycanın ildən-ilə artan siyasi nüfuzu və çəkisi, regionda əhəmiyyətli rola malik bir ölkəyə çevrilməsi dünya dövlətlərinin respublikamıza olan marağını artırır. Bunu şərtləndirən başlıca amillərdən biri də ölkəmizin bir sıra beynəlxalq tədbirlərə, dünyanın maraq dairəsində olan, bəşəriyyəti düşündürən qlobal məsələlərə həsr edilmiş toplantılara evsahibliyi etməsi, eyni zamanda müasir dünyamız üçün vacib sayılan təşəbbüslərlə çıxış etməsidir. 2016-cı ildə Azərbaycanda "Multikulturalizm İli"nin elan edilməsi və bu çərçivədə Bakıda bir sıra beynıəlxalq tədbirlərin keçirilməsi bunun bariz nümunəsidir. "Multikulturalizm ili" çərçivəsində Azərbaycan multikultural dəyərlərin təbliğində mühüm rol oynadı ki, bu da dünya ictimaiyyəti tərəfindən yüksək qiymətləndirildi. Elə Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında diqqətə çatdırıb ki, 2016-cı ili "Multikulturalizm ili" elan etməyimiz çox böyük məna daşıyırdı: "Bu, həm bizim siyasətimizi, cəmiyyətimizin əhvali-ruhiyyəsini göstərir, gördüyümüz işləri, görüləcək işlərimizi əks etdirir". Dövlət başçısının iclasda irəli sürdüyü digər bir təşəbbüs isə 2017-ci ilin Azərbaycanda "İslam Həmrəyliyi İli" kimi elan olunması ilə bağlı idi. Dövlət başçısının bu təşəbbüsü və onun rəsmiləşdirilməsi məqsədilə imzaladığı müvafiq sərəncam istər Azərbaycan, istərsə də büynəlxalq aləm, İslam coğrafiyası tərəfindən müsbət qarşılanıb. Nəzərə alsaq ki, bu il həm də Azərbaycanda İslam Həmrəyliyi Oyunları kieçiriləcək, o halda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsinin nə dərəcədə əhəmiyyətli və mühüm olduğunu aydın görə bilərik. Dövlət başçısının iclasda qeyd etdiyi kimi İslam Həmrəyliyi Oyunları təkcə idman tədbiri deyil, böyük siyasi, mədəni və ictimai hadisədir: "Biz çalışacağıq ki, İslam aləmini birləşdirək. Bu, Azərbaycanı müstəqil, öz dəyərlərinə, İslam dəyərlərinə sadiq, eyni zamanda müasir ölkə kimi göstərir və İslama qarşı çirkin kampaniya aparanlara da bir cavab olacaq".
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının üzvü, Beynəlxalq Münasibətlərin Araşdırılması Mərkəzinin sədri Rufiz Qonaqov deyir ki, Azərbaycanda 2017-ci ilin "İslam Həmrəyliyi İli" elan edilməsinə dünya miqyasında pozitiv yanaşma var. Onun sözlərinə görə, bununla bağlı prezidentin imzaladığı sərəncamda da qeyd olunur ki, Azərbaycan uzun əsrlərdən bəri İslam sivilizasiyasının əsas mərkəzlərindən biri olub: "Ölkəmiz İslam dininin yayılmasında və eyni zamanda Müsəlman İntibahının bərqərar olmasında mühüm rol oynayıb. Bütün bunlar Azərbaycan ərazisində ilk vaxtlardan İslam dininin maddi və qeyri-maddi irsinin formalaşmasına zəmin yaradıb. Hətta dinlə bağlı sərt qadağaların mövcud olduğu sovet dövrü Azərbaycanında ənənələr yaşadılıb. Sovet dönəmində cəmi 17 məscid fəaliyyət göstərdiyi halda, hazırda onların sayı 2000-i ötüb keçib. 300-dən çox məscid tarixi-
mədəni abidə kimi qorunur. Azərbaycan dövlətinin İslam dini dəyərlərinə qayğısı sayəsində son illər ərzində İslam mədəniyyətinin qiymətli abidələrindən Bibiheybət, Təzəpir, Əjdərbəy, Şamaxı Cümə məscidləri və Gəncə şəhərindəki "İmamzadə" kompleksi əsaslı şəkildə təmir olunub. Cənubi Qafqazın ən möhtəşəm məbədi Heydər məscidi məhz Bakıda inşa edilib. Azərbaycan İslam Əməkdaşlıq Təşkilatının, İSESKO-nun, həmçinin müsəlman ölkələrini birləşdirən digər mötəbər qurumların üzvüdür. IV İslam Həmrəyliyi Oyunlarının 2017-ci ildə Bakı şəhərində keçirilməsi də məhz bu sərəncamın nə qədər yerində imzalandığını göstərir".
Rufiz Qonaqov bildirib ki, , 2017-ci ilin ölkəmizdə "İslam Həmrəyliyi İli" elan edilməsi Azərbaycanın bütün dünyada barışdıcı qüvvəyə çevrilməsi baxımından çox əhəmiyyətlidir: " Azərbaycan dünyada modern müsəlman ölkəsi kimi tanınır. Azərbaycandakı multikulturalizm ənənələri, digər dini konfessiyalara yanaşma tərzi təkcə İslam ölkələrinin deyil, bütün dünyanın diqqətini cəlb edir. İslam həmrəyliyi Dağlıq Qarabağ münaqişəsinin həlli üçün də vacibdir. Müsəlman ölkələri Dağlıq Qarabağ münaqişəsinin həllində daim Azərbaycana dəstək veriblər". Mərkəz rəhbəri hesab edir ki, Azərbaycanda ötən il "Multikulturalizm İli" elan edilmişdi və bir çox layihələr həyata keçirildi: "Azərbaycan bütün konfessiyaları, dinləri, millətləri qarşılıqlı hörmət əsasında qarşılamaq qabiliyyətini dünyaya nümayiş etdirdi. Düşünürəm ki, "İslam Həmrəyliyi İli"ndə də Azərbaycan qarşıya qoyduğu məqsədlərə tam nail olacaq".
Süleyman