Trampın mətbuat konfransı kompromatla bağlı bəyanatlarla başlayıb
11 Yanvar 2017 22:09 SiyasətABŞ-ın yeni seçilən prezidenti Donald Trampın Nyu-Yorkda keçirdiyi mətbuat konfransı ona qarşı səsləndirilən kompromatdan başlayıb.
APA-nın "Gazeta.ru"-ya istinadən verdiyi xəbərə görə, Trampın nümayəndəsi mətbuat konfransını açarkən KİV-də yer alan son məlumatların həqiqətə uyğun olmadığını bildirib.
Tramp yayılan xəbərləri cəfəngiyyat adlandıraraq, adıçəkilən xəbəri yaymayan KİV-lərə minnətdarlığını bildirib.
Qeyd edək ki, senator Con Makkeyn ötən ilin sonunda Trampla əlaqədar kompromat xarakterli məlumat alaraq Federal Təhqiqatlar Bürosunun rəhbərinə ötürdüyünü bildirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31