Siyasət

Prezident İlham Əliyev Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media nazirini qəbul edib

3 Dekabr 2018 17:42

Azərbaycan Prezidenti İlham Əliyev dekabrın 3-də Rusiyanın rəqəmsal inkişaf, rabitə və kütləvi media naziri Konstantin Noskovu qəbul edib.

Şəhid hərbi qulluqçulardan 210 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olundu

3 Dekabr 2018 17:14

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 2018-ci il 19 aprel tarixli 1 nömrəli Fərmanının icrası ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində fəaliyyət göstərən Komissiyanın iclasında şəhid hərbi qulluqçulardan daha 142 nəfəri üzrə 210 vərəsəyə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul ediliЯкорьb.

BMT Baş katibinin müavini Balaxanı Sənaye Parkında olub

3 Dekabr 2018 15:58

Azərbaycanda səfərdə olan BMT Baş katibinin müavini, təşkilatın Avropa İqtisadi Komissiyasının icraçı katibi Olqa Alqayerova Balaxanı Sənaye Parkının fəaliyyəti ilə tanış olub. İqtisadiyyat Nazirliyindən “Olaylar”a verilən məlumata görə, “Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov BMT Baş katibinin müavininə qurumun fəaliyyəti, ölkəmizdə qeyri-neft sənayesinin inkişafı istiqamətində görülən işlər, sənaye parkları və zonalarında investorlar üçün yaradılmış imkanlar barədə məlumat verib.

Azərbaycanlı deputatlar MDB Parlamentlərarası Assambleyasının iclasında iştirak ediblər

3 Dekabr 2018 15:47

MDB PA 48-ci plenar iclasında Azərbaycan Respublikası Milli Məclisinin nümayəndə heyəti də iştirak edib. Bu barədə “OLAYLAR”-a məlumat verən millət vəkili Rüfət Quliyev deyib ki, nümayəndə heyətinin tərkibinə Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov, deputatlar Arif Rəhimzadə, Rüfət Quliyev və Milli Məclisin MDB PA-da daimi nümayəndəsi, MDB PA Şurası Baş katibinin müavini Aydın Cəfərov daxil idi.

Əməkdaşlıq və dialoqu təşviq edən platforma

3 Dekabr 2018 14:37

“Bakı Prosesi” dünya xalqları və mədəniyyətləri arasında qarşılıqlı hörmət və anlayışı təşviq edən xoşməramlı çağırışdır

Deputat: "Paşinyanı ayın 9-da sürpriz gözləyir"

3 Dekabr 2018 14:29

“Ermənistanda seçkiqabağı mübarizədə rəqiblər, tərəflər bir-birinə qarşı təxribat xarakterli bəyanatlar verirlər. Lakin mən David Şahnazaryanın Paşinyanın Qarabağı vermək üçün hakimiyyətə gəlməsi ilə bağlı fikirlərinə inanmıram. Mən Paşinyan belə bir fikirdə olduğunu düşünmürəm”. Bu fikirləri millət vəkili Elman Məmmədov deyib.

Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək

3 Dekabr 2018 14:21

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin mandatına uyğun olaraq, dekabrın 4-də Füzuli rayonu ərazisində yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinqin keçirilməsi planlaşdırılır.

Azay Quliyev Milana səfər edəcək

3 Dekabr 2018 14:09

Milli Məclisin deputatı, ATƏT Parlament Assambleyasının vitse-prezidenti Azay Quliyev qurumun Büro iclasında və ATƏT-in Nazirlər Şurasının 25-ci toplantısında iştirak etmək üçün dekabrın 4-də İtaliyanın Milan şəhərinə səfərə gedəcək.