"Ümumi təhsil haqqında" qanun layihəsi birinci oxunuşdan keçdi
Milli Məclisin iclasındar "Ümumi təhsil haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb.“Olaylar”ın məlumatına görə, qanun layihəsini təqdim edən parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, sənəd 5 fəsil 33 maddədən ibarətdir.
18 Dekabr 2018 16:37 SiyasətMilli Məclisin iclasındar "Ümumi təhsil haqqında" qanun layihəsi birinci oxunuşda müzakirəyə çıxarılıb."Olaylar"ın məlumatına görə, qanun layihəsini təqdim edən parlamentin Elm və təhsil komitəsinin sədri İsa Həbibbəyli bildirib ki, sənəd 5 fəsil 33 maddədən ibarətdir.
Qeyd edilib ki, bu sənəd Azərbaycan Konstitusiyasına uyğun olaraq, ölkəmizdə ümumi təhsilin təmin olunması sahəsində dövlət siyasətinin əsas prinsiplərini, ümumi təhsilin təşkilati-hüquqi və iqtisadi əsaslarını müəyyən edir. Qanun layihəsinə görə ümumi təhsil müəssisələrində tədris dili dövlət dili - Azərbaycan dilidir. Vətəndaşların və təhsil müəssisəsi təsisçilərinin istəyi nəzərə alınaraq, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla) razılaşmaya uyğun olaraq, təhsil müəssisələrində tədris müvafiq dövlət təhsil standartları əsasında digər dillərdə də aparıla bilər. Tədris digər dillərdə aparılan ümumi təhsil müəssisələrində Azərbaycan dili, ədəbiyyatı, tarixi və coğrafiyası tədris olunmalıdır. Qanun layihəsi birinci oxunuşda səsə qoyularaq qəbul edilib.