Deputat: “Şagirdləri bu qədər yükləməz olmaz”
18 Dekabr 2018 16:42 Siyasət"Ümumi təhsil haqqında" qanun layihəsi ciddi və vacib sənədddir. Təhsil elə sahədir ki, bütün Azərbaycan vətəndaşları bu sistemlə bağlıdır. Hesab edirəm ki, orta təhsil sistemi nisbətən sadələşdirilməlidir. Şagirdləri bu qədər yükləmək olmaz!". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Siyavuş Novruzov qanun layihəsinin I oxunuşda müzakirəsi zamanı deyib. O, bildirib ki, bu gün məktəblərdə oxuyan şagirdlərdən nə hərbçi, nə əsgər, nə də hüquq-mühafizə orqanlarında çalışan çıxacaq: "Çünki əvvəllər uşaqlar həm əylənəcəyə, həm idmana, həm də təhsilə vaxt ayırırdılar. Bu gün isə təhsil saatına görə Koreyanı da keçmişik. Uşaqlar səhər saat 8-dən axşam 10-a qədər təhsillə məşğul olurlar. Hansısa dövlətin mexanizmini olduğu kimi tətbiq etmək olmaz". S.Novruzov söyləyib ki, artıq valideynlər uşaqlarına nəinki repetitor, hətta çanta daşıyan tuturlar: "Çünki məktəblilərin çantasının çəkisi 12-14 kiloqramdır. Belə olan halda, aşağı sinif şagirdləri çantasını daşıya bilmir. Bununla bağlı qərar qəbul edilməlidir".