Siyasət

İndoneziya Azərbaycanın ərazi bütövlüyünü tanıyır

18 Yanvar 2019 12:49

Xarici işlər nazirinin müavini Ramiz Həsənov İndoneziya Respublikasının Xarici İşlər Nazirliyinin Siyasət Təhlil və İnkişaf Agentliyinin (PADA) baş direktoru Sisvo Pramononun (Siswo Pramono) başçılıq etdiyi nümayəndə heyətini qəbul etdi. XİN-dən “Olaylar”a verilən məlumata görə, nazir müavini R.Həsənov Azərbaycan və İndoneziya arasında siyasi münasibətlərin cari vəziyyətindən məmnunluğunu ifadə etdi. Nazir müavini SOCAR-ın İndoneziyadakı fəaliyyətini yüksək qiymətləndirərək, iki ölkənin mövcud potensialını nəzərə alaraq, iqtisadi sahədə əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsinin zəruriliyini vurğuladı. Bu xüsusda, nazir müavini R.Həsənov müqavilə-hüquq bazasının genişləndirilməsinin vacibliyini diqqətə çatdırdı.

İdarəetmədə aparılan islahatlar Azərbaycanın yeni mərhələdə inkişafına təkan verəcək

18 Yanvar 2019 12:36

Azərbaycanda demokratik dövlət quruculuğu kursu uğurla davam etdirilir. Prezident İlham Əliyev həm ölkənin daxili tarixi təkamül dinamikasını, həm də dünya təcrübəsini nəzərə alaraq davamlı islahatlar həyata keçirir. Ölkə başçısının son günlərdə dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında imzaladığı fərmanlar buna bir daha sübutdur.

İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb

17 Yanvar 2019 19:55

Prezident İlham Əliyev Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb. 2019-cu ildə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illiyi tamam olur.

"Azərbaycan Prezidenti Ermənistan hakimiyyətinə anlatmaq istəyir ki..."

17 Yanvar 2019 19:30

"Fikrimcə, Azərbaycan Prezidenti Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yeni reallıq dedikdə işğalçı dövlətdəki siyasi və iqtisadi vəziyyəti nəzərdə tutur". Bunu politoloq Elxan Şahinoğlu deyib.

İlham Əliyev bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması ilə bağlı fərman imzalayıb

17 Yanvar 2019 18:39

Prezident İlham Əliyev Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunun optimallaşdırılması və idarə edilməsinin təkmilləşdirilməsi ilə bağlı əlavə tədbirlər haqqında fərman imzalayıb. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında bir sıra dövlət orqanlarının strukturunu optimallaşdırmaq və idarə edilməsini təkmilləşdirmək məqsədilə qərara alıb: