“Paşinyanın əsas istəyi Rusiyanın təbii qaz asılılığından azad olmaqdır”

"Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İranla qaz razılaşması haqqında müzakirələrin getdiyini bildirdi. Ermənistan 2009-cu ilin 19 mayından bu günə kimi, İrandan qaz alır. İran qazı "Elektrik əvəzinə qaz" lahiyəsi çərçivəsində Ermənistanda emal olur. Lahiyəyə əsasən 1 kubmetr qaz 3 kB hesabla İrana enerji şəklində ixrac ediləcək. Paşinyan hal-hazırda İrandan alınacaq qaz nəqlinin artırılması və eyni zamanda Rusiya ilə də qazın qiyməti ilə bağlı problemin həlli üçün danışıqlar aparır. Belə görsənir ki, Paşinyan qaz məsələsində ikili oynayır. Hazırda Ermənistanda əsas qaz idxalcısı Rusiyadır. Paşinyanın əsas istəyi Rusiyanın qaz asılılığından azad olmaqdır. Onun İrandan qaz hasilatının artırılması ilə məsələnin həllinə nail olacağı real görünmür. Rusiya ilə qarşı-qarşıya gəlmək istəməyən İranın, həm də qiymət aşağı olduğu üçün  qaz nəqlini artırcağı inandırıcı hal deyil. Rusiyanın bu məsələdə razılığa gəlməyəcəyini düşünürəm. Çünki ölkəyə tətbiq olunan sanksiyalar səbəbi ilə rublun qiymətində sürətli azalma halı müşahidə olunur".

Bu fikirləri Olaylar.az-a politoloq siyasi ekspert Zeynal Əmrəliyev deyib.

O bildirib ki, iqtisadi vəziyyətin bu qədər ürəkaçan olmadığı bir vaxtda Moskvanın İrəvanın bu isdəyi ilə razılaşacağı real görünmür: "Əgər Rusiya-Gürcüstan arasında qaz razılaşması əldə oluna bilməsə bu məsələ haqqında düşünmək olar. Gürcüstan və Rusiya arasında təbii qaz probleminin mahiyyəti budur ki, 2016-cı ildə Gürcüstan hökuməti ilə "Qazprom" arasında rus qazının Gürcüstan üzərindən tranziti haqqında müzakirə aparılırdı. Onlar arasında xeyli danışıq getmişdi. Rusiya tərəfi qiyməti rubulla ödəyəcəyini bildirsə də, Gürcüstan tərəfi barter versiyasınA üstünlük verirdi. Sonda Rusiya tərəfi taktiki üstünlüyü ələ ala bildi və iki tərəf arasında iki illik bir razılaşma əldə olundu. Bu razılaşma 2018-ci ilin sonunda bitdi. Ancaq uzun müzakirə aparılsa da, tərəflər eyni problemlə qarşılaşıb razılığa gələ bilmir.Əgər yeni sazış imzalanmasa böyük ehtimalla, Rusiya Ermənistana qaz idxal edə bilməyəcək. Bu halda İran tərəfi qazın idxalını artıracaq. Ancaq İran bu məsələdə Rusiya ilə razılaşmalıdır. Çünki həm Yaxın Şərq regionunda davam edən ittifaq, həm də digər məsələlərlə bağlı streteji müttəfiqliyi pozmaq isdəməz. Hər şeyə rəğmən bu bir həqiqətdir  ki, indiki şəraitdə Ermənistanda enerji cəhətdən üstünlük İranın əlindədir. 

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31