"Srtuktur islahatları çevikliyi, dinamikliyi və modernləşməni təmin edəcək" - Deputat
17 Yanvar 2019 19:05 SiyasətAzərbaycanda struktur islahatları bir neçə il əvvəldən aparılır və çox gözəl nəticələr verməkdədir.
Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov deyib.
Deputatın sözlərinə görə, aparılan islahatların nəticəsi olaraq 2018-c ildə iqtisadiyyatımızda ümumilikdə 1.4 faiz artım müşahidə olunub:
"İndi dövlət strukturlarında aparılan dəyişikliklər iqtisadiyyatdakı çevikliyi, dinamikliyi, modernləşməni təmin edəcək. Bazar iqtisadiyyatında rəqabət qabiliyyətini artıracaq. Özəl sektorun inkişafına səbəb olacaq. İslahatlar həm də insan kapitalının özəl sahədə formalaşmasını təmin edəcək".
Parlament üzvü bildirib ki, paralel strukturların ləğvi ilk növbədə işin operativliyi və çevikliyini artıracaq:
"Ən əsası isə büdcəyə qənaət olunacaq. Aparılan kadr islahatları da çox uğurludur. Bunun nəticələrini görməkdəyik. Həm gömrükdə, həm də vergidə aparılan kadr islahatları faydalıdır. Ümumiyyətlə, yeniləşmə, gəncləşmə, daha innovativ və kreativ düşüncələrə malik kadrların vəzifələrə təyin olunması hərtərəfli müsbət nəticələr verəcək".
"Sherg.az"