Siyasət

"AP-in qətnaməsi Azərbaycana qarşı şər, böhtan kampaniyasıdır"

18 Yanvar 2019 14:56

“Avropa Parlamentinin ölkəmizə qarşı qərəzli, mənasız, sifarişli qətnamə və qərar qəbul etməsinin arxasında bu parlamentin üzvü olan muzdlu deputatların fəaliyyəti dayanır. Həmin şəxslər Azərbaycanı sevməyən qərəzli qüvvələrin sifarişlərini yerinə yetirirlər”. Bu fikirləri Milli Məclisin deputatı Elman Məmmədov deyib.

“Azərbaycan əleyhinə qəbul edilən əsassız qətnamələr heç bir halda həqiqət kimi dəyərləndirilə bilməz”

18 Yanvar 2019 14:20

“Avropa Parlamenti tərəfindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin Azərbaycan dövlətinə qarşı növbəti təzyiq və qərəz kampaniyasının tərkib hissəsi olması kimsəyə sirr deyil”. Bu fikirləri Olaylar.az-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya dair açıqlamasında bildirib. Onun sözlərinə görə, bu məsələdə də Sorosun adının çəkilməsi əslində, kimsədə təəccüb yaratmır: “Məlum olub ki, bədnam qətnamənin həmmüəlliflərindən biri Cors Sorosun yandaşı hesab edilən Rebekka Harmsdır və maraqlısı da budur ki, o Sorosla əlaqələrini inkar eləmir. Nəzərə alarsaq ki, Soros daim Azərbaycan dövlətinin əleyhinə davamlı fəaliyyət aparıb, bu zaman belə qənaətə gəlmək olar ki, qətnamənin ilk cızma-qarasını da o sifariş verib”.

MPM-ə edilən dəyişiklklər Bakı Apellyasiya Məhkəməsində müzakirə olunub

18 Yanvar 2019 14:10

Bakı Apelyasiya Məhkəməsində onun yurisdiksiyasına aid məhkəmələrin hakimlərinin və aparat işçilərinin iştirakı ilə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul olunmuş 2018-ci il 28 dekabr tarixli Qanunla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub.

İranla münasibətlər yeni mərhələdə

18 Yanvar 2019 13:25

Azərbaycan dövlətinin uğurlu xarici siyasət kursu nəticəsində rəsmi Bakının regionda və beynəlxalq aləmdə mövqeləri getdikcə möhkəmlənir. Xüsusilə region ölkələri və yaxın qonşularımızla qurulan yüksək səviyyəli əməkdaşlıq Dağlıq Qarabağ kimi prinsipial məsələdə həmin dövlətlərin ölkəmizin mövqeyindən çıxış etməsini şərtləndirir.

Paşinyan ikili oyun oynayır

18 Yanvar 2019 13:21

Keçən ilin aprelində inqilab yolu ilə hakimiyyəti zəbt edən Nikol Paşinyan çarəsiz vəziyyətdə qalan biri kimi var-gəl edir, sağa-sola vurnuxur. Azərbaycanın radikal siyasi düşərgəsi kimi meydan eyforiyasından hələ də qurtula bilməyən Paşinyan yerli-yersiz addımlar atmaq bəyanatlar verməklə Ermənistanı daha da ağır duruma sürükləyir, işğalçı ölkədə çətin, ağır iqtisadi vəziyyətə səbəb olur. Xüsusilə Paşinyanın Ermənistanın ağası hesab edilən Rusiya Federasiyasına qarşı dirəniş göstərməsi, Moskva ilə bir növ təhdid, hədə dilində danışması Kremli İrəvana qarşı adekvat addımlar atmaq məcburiyyətində buraxıb.

Təcili qətnamənin pərdəarxası məqamları

18 Yanvar 2019 13:14

Avropa Parlamenti ikili standartlarını davam etdirir Məlum olduğu kimi Avropada məskunlaşmış antiAzərbaycan qüvvələri ölkəmizi hədəf seçmək üçün fürsət axtarırlar. Lakin Azərbaycanda həyata keçirilən uğurlu daxili və xarici siyasət ölkəmizin qanına susamış kəsimin əlinə heç bir fürsət vermir.