“Azərbaycan əleyhinə qəbul edilən əsassız qətnamələr heç bir halda həqiqət kimi dəyərləndirilə bilməz”

“Avropa Parlamenti tərəfindən qəbul olunmuş “Mehman Hüseynovla bağlı təcili qətnamə”nin Azərbaycan dövlətinə qarşı növbəti təzyiq və qərəz kampaniyasının tərkib hissəsi olması kimsəyə sirr deyil”. Bu fikirləri Olaylar.az-a “Səs” qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya dair açıqlamasında bildirib. Onun sözlərinə görə, bu məsələdə də Sorosun adının çəkilməsi əslində, kimsədə təəccüb yaratmır: “Məlum olub ki, bədnam qətnamənin həmmüəlliflərindən biri Cors Sorosun yandaşı hesab edilən Rebekka Harmsdır və maraqlısı da budur ki, o Sorosla əlaqələrini inkar eləmir. Nəzərə alarsaq ki, Soros daim Azərbaycan dövlətinin əleyhinə davamlı fəaliyyət aparıb, bu zaman belə qənaətə gəlmək olar ki, qətnamənin ilk cızma-qarasını da o sifariş verib”.

"Avropa Parlamenti tərəfindən qəbul olunmuş "Mehman Hüseynovla bağlı təcili qətnamə"nin Azərbaycan dövlətinə qarşı növbəti təzyiq və qərəz kampaniyasının tərkib hissəsi olması kimsəyə sirr deyil". Bu fikirləri Olaylar.az-a "Səs" qəzetinin baş redaktoru, siyasi ekspert Bəhruz Quliyev sözügedən mövzuya dair açıqlamasında bildirib. Onun sözlərinə görə, bu məsələdə də Sorosun adının çəkilməsi əslində, kimsədə təəccüb yaratmır: "Məlum olub ki, bədnam qətnamənin həmmüəlliflərindən biri Cors Sorosun yandaşı hesab edilən Rebekka Harmsdır və maraqlısı da budur ki, o Sorosla əlaqələrini inkar eləmir. Nəzərə alarsaq ki, Soros daim Azərbaycan dövlətinin əleyhinə davamlı fəaliyyət aparıb, bu zaman belə qənaətə gəlmək olar ki, qətnamənin ilk cızma-qarasını da o sifariş verib".

"Aşkar yalan və böhtanlarla dolu olan qətnamə həm də riyakarlıq və siyasi mədəniyyətsizlik üzərində qurulub", deyə vurğulayan Bəhruz Quliyev əlavə edib ki, buna misal kimi, Rebekka Harmsın guya Azərbaycan dövlətinin müvafiq qurumlarına müraciət etməsi yalanını göstərmək olar. Halbuki, ölkəmizin dövlət və qanunvericilik qurumlarına ümumiyyətlə heç bir müraciət, sorğu və s. xarakterli məsələlər daxil olunmayıb. 

"Səs" qəzetinin baş redaktoru bənzər qətnamə, hesabat və bəyanatların Azərbaycan dövlətinə qarşı ilk dəfədir tətbiq edilmədiyini qeyd edib və bildirib ki, heç vaxt bu cür qərəzlər qarşı tərəflərin istədikləri nəticələrə doğru inkişaf etməyib: "Yalan ayaq tutar, yeriməz" deyilən bir el misalımız var. Onların da həmin cəhdləri bu el misalında olduğu kimi, ağ yalandır ki, ictimai rəy belə yalanlara uymur. Əksinə, Avropa Parlamenti kimi ikiüzlü, riyakar qurumun aşkar simasızlığı növbəti dəfə və daha geniş müstəvidə öz təsdiqini tapır. Bu gün Azərbaycanda heç kimin siyasi təqiblərə məruz qalmaması ilə yanaşı, ölkəmizdə demokratiya və prüalizm faktoru daim öncüllük təşkil edir. Söz və ifadə azadlığından tutmuş, digər bütün azadlıqlar qorunur. Belə olan halda, AP-nin anti-Azərbaycan xarakterli mövqeyi deyərdim ki, uğursuzluq dalanına söykənir".

Bəhruz Quliyev bütün bunlara rəğmən, Azərbaycan dövlətinin beynəlxalq təşkilatlarla uğurlu əməkdaşlıq etdiyini də xatırladıb və bildirib ki,  ölkəmiz milli maraqlarına uyğun, qarşılıqlı maraqlara cavab verən məsələlərin gündəmə çıxarılaraq müzakirə olunmasında, müəyyən qərarların qəbulunda dəstəkçi rolunda çıxış edir: "Bu gün ölkəmiz istər BMT-nin bir çox komissiyalarında, istər İƏT-də, istər Qoşulmama hərəkatında, istərsə də digər beynəlxalq təşkilatlarda fəaliyyət göstərir, hətta qlobal məsələlərdə təşəbbüskar, ideyaverici olaraq öz  uğurlu sözünü deyir. Belə olan vəziyyətdə Sorosun əlaltıları vasitəsilə Avropa Şurasında, yaxud, Avropa Parlamentində səslənən qərəz xarakterli fikirlər, Azərbaycanın əleyhinə qəbul edilən əsassız qətnamələr heç bir halda həqiqət kimi dəyərləndirilə bilməz. Deyərdim ki, bu cür riyakarlıqların baş verməsi həm də Azərbaycan xalqının iradəsinə qarşı yönəldilmiş bir təzyiq vasitəsidir. Ancaq belə vasitələr və onların icraçıları heç vaxt öz məqsədinə çata bilməyəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31