Paşinyan ikili oyun oynayır

Keçən ilin aprelində inqilab yolu ilə hakimiyyəti zəbt edən Nikol Paşinyan çarəsiz vəziyyətdə qalan biri kimi var-gəl edir, sağa-sola vurnuxur. Azərbaycanın radikal siyasi düşərgəsi kimi meydan eyforiyasından hələ də qurtula bilməyən Paşinyan yerli-yersiz addımlar atmaq bəyanatlar verməklə Ermənistanı daha da ağır duruma sürükləyir, işğalçı ölkədə çətin, ağır iqtisadi vəziyyətə səbəb olur. Xüsusilə Paşinyanın Ermənistanın ağası hesab edilən Rusiya Federasiyasına qarşı dirəniş göstərməsi, Moskva ilə bir növ təhdid, hədə dilində danışması Kremli İrəvana qarşı adekvat addımlar atmaq məcburiyyətində buraxıb.

Keçən ilin aprelində inqilab yolu ilə hakimiyyəti zəbt edən Nikol Paşinyan çarəsiz vəziyyətdə qalan biri kimi var-gəl edir, sağa-sola vurnuxur. Azərbaycanın radikal siyasi düşərgəsi kimi meydan eyforiyasından hələ də qurtula bilməyən Paşinyan yerli-yersiz addımlar atmaq bəyanatlar verməklə Ermənistanı daha da ağır duruma sürükləyir, işğalçı ölkədə çətin, ağır iqtisadi vəziyyətə səbəb olur. Xüsusilə Paşinyanın Ermənistanın ağası hesab edilən Rusiya Federasiyasına qarşı dirəniş göstərməsi, Moskva ilə bir növ təhdid, hədə dilində danışması Kremli İrəvana qarşı adekvat addımlar atmaq məcburiyyətində buraxıb.  Ermənistanın vaxtından əvvəl Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına baş katiblik etmək hüququndan məhrum edilməsi, inqilabçı Nikol Paşinyanın siyasi rəqiblərindən hesab edilən sabiq prezident Robert Köçəryana Moskva tərəfindən olan dəstək, eləcə də Rusiyanın "Qazprom" şirkətinin Ermənistana təbii qazı yeni şərtlər və yeni qiymətlərlə satmaq istəyi məhz Moskvanın İrəvana həyata keçirdiyi antiRusiya siyasətindən dolayı təsir mexanizmlərindəndir.  Artıq qaz məsələsində Rusiya ilə əvvəlki illərdəki kimi anlaşmanın qeyri-mümkün olacağını düşünən Nikol Paşinyan indi də cənub qonşumuz İran İslam Respublikasının bu resurslarından yararlanmaq niyyətinə düşüb. Düzdür, Ermənistan İrandan indi də təbii qaz alır. Ancaq hazırda Paşinyan hökumətinin niyyəti ondan ibarətdir ki, Rusiyadan olan qaz asılılığını tamamilə İran vasitəsilə aradan qaldırsın. Ancaq maraqlıdır ki, görəsən İrəvanla Tehran bu məsələdə anlıaşa biləcəkmi?  Müstəqil ekspert Zeynal Əmralıyev deyir ki, bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan İranla qaz razılaşması haqqında müzakirələrin getdiyini bildirdi: "Ermənistan 2009-cu ilin 19 mayından bəri İrandan qaz alır.İran qazı "Elektrik əvəzinə qaz" lahiyəsi çərçivəsində Ermənistanda emal olur. Lahiyəyə əsasən 1 kubmetr qaz 3 kB hesabıyla İrana enerji şəklində ixrac ediləcək. Nikol Paşinyan hal-hazırda İrandan alınacaq qazın nəqlinin artırılması üçün danışıqlar aparır. Nikol Paşinyan eyni zamanda Rusiya ilə də qazın qiyməti ilə bağlı problemin həlli üçün danışıqlar aparır. Belə görünür ki, Nikol Paşinyan qaz məsələsində ikili oyun  oynayır". Ekspert bildirib ki, hazırda Ermənistanda əsas qaz idxalcısı Rusiyadır: "Nikol Paşinyanın da əsas istədiyi Rusiyanın qaz asılacağından qurtarmaqdır. İnanmıram ki, hazırki vəziyyətdə Nikol Paşinyan da İrandan qazın hasilatının artırılması ilə məsələnin həllinə nail ola bilsin. Çünki İranın həm Rusiya ilə çoxda qarşı-qarşıya gəlməmək, həm də qiymət aşağı olduğundan qaz nəqlini artırcağı inandrıcı deyil. Rusiyanına bu məsələdə razılığa gələcəyi o qədər də inandırıcı görünmür. Çünki ölkəyə tətbiq olunan sanksiyaların səbəbindən rublun qiymətində sürətli azalma halı müşahidə olunur.İqdisadi vəziyyətin bu qədər ürəkaçan olmadığı bir vaxtda Moskanın İrəvanın bu isdəyi ilə razılaşacağı bir o qədərdə inandırıcı deyil. Ancaq bir məsələdə var. Əgər Rusiya-Gürcüstan arasında qaz razılaşması əldə oluna bilməsə,  bu məsələ haqqında düşünmək olar. Gürcüstan və Rusiya arasında təbii qaz probleminin mahiyyəti budur ki, 2016-cı ildə Gürcüstan hökuməti ilə "Qazprom" arasında rus qazının Gürcüstan üzərindən tranziti haqqında müzakirə aparılırdı. Onlar arasında xeyli danışıq getmişdi. Rusiya tərəfi qiyməti rubulla ödəyəcəyini bildirsə də, Gürcüstan tərəfi barter versiyasını üsdünlük verirdi. Sonda Rusiya tərəfi taktiki üsdünlüyü ələ ala bildi və iki tərəf arasında iki illik bir razılaşma əldə olundu. Bu razılaşma 2018-ci ilin sonunda bitdi. Ancaq uzun müzakirə aparılsa da, yenə də tərəflər eyni problemlə qarşılaşıb razılığa gələ bilmir. Əgər yeni sazış imzalaya bilməsələr ehtimal ki, Rusiya Ermənistana qaz idxal edə bilməyəcək. Bu halda İran tərəfi qazın idxalını artıracaq". Ekspert onu da qeyd edib ki, ancaq İran bu məsələdə Rusiya ilə razışmalıdır: "Çünki İran həm Yaxın Şərq regionunda davam edən ittifaq, həm də digər məsələlərlə bağlı streteji müttəfiqliyi pozmaq istəməz.Ancaq bu bir gərçəkdir ki, indiki şəraitdə Ermənistanda enerji cəhətdən üsdünlük İranın əlindədir".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31