Pakistan və Böyük Britaniya XİN rəhbərləri regional vəziyyəti müzakirə etdilər

Pakistanın xarici işlər naziri Məhəmməd İshaq Dar britaniyalı həmkarı İvett Kuper ilə telefon danışığı aparıb.

Olaylar.az xəbər verir ki, bu barədə Pakistan Xarici İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, söhbət zamanı tərəflər regional vəziyyət ətrafında fikir mübadiləsi aparıblar.

Böyük Britaniya tərəfi Pakistanın regionda sülh və sabitliyin təmin olunması istiqamətindəki davamlı səylərini yüksək qiymətləndirib.

Pakistanın tərəflər arasında dialoq, diplomatiya və konstruktiv qarşılıqlı fəaliyyətin təşviqinə sadiqliyi bir daha təsdiqlənib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31