Pit Heqset: Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişinin mümkünlüyünə inanır

ABŞ-nin müdafiə naziri Pit Heqset ölkə başçısı Donald Trampın Rusiya ilə Ukrayna arasında sülh sazişinin əldə ediləcəyinə inandığını bildirib.

Olaylar.az xəbər verir ki, bu barədə nazir ABŞ Konqresinin Nümayəndələr Palatasının Silahlı Qüvvələr Komitəsində keçirilən dinləmələrdəki çıxışında deyib.

P.Heqset keçmiş administrasiyanın fəaliyyətini tənqid edərək vurğulayıb:

"Sabiq Prezident Co Bayden heç bir məsuliyyət daşımadan Ukraynaya yüz milyardlarla dollar dəyərində silah ötürüb. Nəticə etibarilə, Prezident Donald Tramp Rusiya ilə Ukrayna arasında sülh sazişinin mümkünlüyünə inanır".

Nazir, həmçinin Avropanın indi ABŞ-dən Ukraynaya tədarük edilən silahların maliyyə yükünü öz üzərinə götürməsini müsbət qiymətləndirdiyini qeyd edib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31