Tramp: İranı blokadadan çıxarmaq istəmirəm
20:54 DünyaABŞ Prezidenti Donald Tramp İranın dəniz blokadasına alınmasını bu ölkəyə zərbələr endirilməsindən daha səmərəli üsul hesab edir.
Olaylar.az xəbər verir ki, bu barədə Ağ Ev rəhbəri "Axios" portalına müsahibəsində bildirib.
"Blokada müəyyən mənada bombardmanlardan daha effektivdir", - deyən D.Tramp ABŞ-nin tətbiq etdiyi dəniz blokadasının İran üçün daha ağır nəticələrə səbəb olacağını vurğulayıb.
O, həmçinin İranın hazırda münaqişənin nizamlanmasını istədiyini qeyd edib:
"Onlar blokadanın qüvvədə qalmasını istəmirlər. Mən isə blokadanı aradan qaldırmaq niyyətində deyiləm, çünki onların nüvə silahına sahib olmasını istəmirəm".
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31