Uruqvay ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

İqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev Uruqvayın xarici əlaqələr nazirinin müavini Valeriya Çukasi ilə görüşüb.

Olaylar.az xəbər verir ki, bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Görüşdə Azərbaycanın səmərəli sərmayə mühiti, strateji coğrafi mövqeyi, nəqliyyat-logistika potensialı diqqətə çatdırılıb. İki ölkənin işgüzar dairələri arasında əlaqələrin genişləndirilməsinin, eyni zamanda, rəqəmsal iqtisadiyyatın inkişafı, texnologiya transferi və data mərkəzləri sahələrində tərəfdaşlığın əhəmiyyəti vurğulanıb.

Qarşılıqlı ticarət-iqtisadi əməkdaşlığın genişləndirilməsi və mövcud imkanlardan səmərəli istifadə edilməsi barədə görüş zamanı müzakirələr aparılıb. Eyni zamanda, sərmayələrin təşviqi və qarşılıqlı qorunması sahəsində əməkdaşlıq imkanları barədə fikir mübadiləsi edilib.

Uruqvay ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub

Uruqvay ilə iqtisadi əməkdaşlığın inkişafı müzakirə olunub
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31