MPM-ə edilən dəyişiklklər Bakı Apellyasiya Məhkəməsində müzakirə olunub

Bakı Apelyasiya Məhkəməsində onun yurisdiksiyasına aid məhkəmələrin hakimlərinin və aparat işçilərinin iştirakı ilə Prezident İlham Əliyevin qanunvericilik təşəbbüsü ilə qəbul olunmuş 2018-ci il 28 dekabr tarixli Qanunla Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinə edilən dəyişikliklər müzakirə olunub.

Ədliyyə Nazirliyindən "Olaylar"a bildirilib ki, məhkəmənin sədri İman Nağıyev tədbiri açaraq Mülki Prosessual Məcəlləyə edilmiş dəyişiklərin ölkəmizdə məhkəmə sisteminin müasirləşdirilməsi üzrə həyata keçirilən köklü islahatların tərkib hissəsi olduğunu diqqətə çatdırıb. O, Azərbaycan ədliyyəsinin davamlı inkişafı çərçivəsində məhkəmə fəaliyyətinin elektronlaşdırılması, ədalət mühakiməsi prosesinin rəqəmsallaşması sahəsində ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirildiyini vurğulayıb. Zamanın bu çağırışlarına cavab olaraq 2014-cü ilin fevral ayında ölkə Prezidentinin Sərəncamı ilə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqini təmin edən "Elektron məhkəmə" informasiya sistemi yaradılıb. Bakı Apelyasiya Məhkəməsinin sədri rəqəmsal texnologiyaların tətbiqinin məhkəmə fəaliyyətinin təkmilləşdirilməsinə və müasirləşdirilməsinə, məhkəmə icraatının elektron qaydada aparılması nəticəsində operativliyin və şəffaflığın təmin olunmasına, vətəndaşların məhkəmələrə müraciət imkanlarının asanlaşdırılmasına və genişləndirilməsinə xidmət etdiyini bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31