Siyasət

Azərbaycanda iqtisadi inkişaf davamlı xarakter daşıyır

22 Yanvar 2019 14:07

Ölkənin iqtisadi sistemi böhrandan əziyyət çəkən dövlətlər üçün nümunədir Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu islahatlar nəticəsində ölkəmizdə iqtisadi və siyasi sabitlik möhkəmlənib, iqtisadi inkişaf dinamikası təmin edilib. Məlum olduğu kimi Azərbaycanda iqtisadi inkişaf davamlı xarakter daşıyır. Ölkənin strateji maliyyə ehtiyatları onun xarici borcundan qat-qat çoxdur. İri dövlət investisiyaları hesabına yeni iş yerləri açılır, bu da öz növbəsində işsizliyi əhəmiyyətli dərəcədə azaldır.

Struktur islahatlarının verəcəyi faydalar

22 Yanvar 2019 13:30

Azərbaycanda biznes mühiti daha da təkmilləşəcək, rəqabət güclənəcək

Azərbaycanda istənilən problem hüquqi müstəvidə həll edilir

22 Yanvar 2019 13:19

Ölkə prezidenti hər bir vətəndaşının qayğısına qalır

"Milli Şuranın uğursuz cəhdlərinin heç bir mənası yoxdur"

22 Yanvar 2019 13:05

“Şəhidlər Xiyabanı müqəddəs yerdir. Burada uyuyan insanlar Azərbaycan xalqının dəyərli övladları, xalqımızın azadlığı, ölkəmizin müstəqilliyi uğrunda özlərini fəda etmiş insanlardır. Hər kəs Şəhidlərimizin xatirəsini hörmətlə yad etməli, davranışına fikir verməlidir. Partiyasından asılı olmayaraq hər hansı müxalifət nümayəndəsi xalqımız üçün müqəddəs sayılan bir məkanda öz davranışına fikir vermirsə, ədəb-ərkan çərçivəsindən kənara çıxırsa, o zaman bunun adı tərbiyəsizlik, şəhidlərə, xalqın adət-ənənəsinə hörmətsizlikdir”. Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Musa Quliyev deyib.

"Danışıqların intensivləşməsi müsbət haldır"

22 Yanvar 2019 13:03

“Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov məlumat verdi ki, Ermənistanın xarici işlər naziri vəzifəsini icra edən Zöhrab Mnatsakanyan arasında Parisdə keçirilən görüş uğurlu oldu. Beləcə, gələcək görüşlər üçün bir ümid yarandı”. Bunu millət vəkili Elman Məmmədov deyib.

"25 ildə radikal düşərgədə dəyişiklik olmayıb və bu, məğlubiyyət deməkdir”

22 Yanvar 2019 13:00

“Ümumxalq hüzn günlərində siyasi iddiaları qabartmaq, qarışıqlıq salmaq, mənfəət güdmək doğru deyil və qeyri-etikdir. Söhbət Şəhidlər xiyabanı kimi artıq millətin nəzərində müqəddəsləşmiş məkanlardan gedəndə vəziyyət daha həssas və prinsipial xarakter alır”. Bunu “Bakı-Xəbər” qəzetinin baş redaktoru, siyasi ekspert Aydın Quliyev “Milli Şura”nın Şəhidlər Xiyabanında qarşıdurma yaratmaq cəhdlərinə münasibətini bildirərkən deyib.