Nikol Rusiya müxalifəti ilə sövdələşməyə gedir

Mübariz Əhmədoğlu: "Paşinyan İsayev vasitəsi ilə Qərb üçün Rusiyanın daxilinə əlavə rıçaq verməklə divident əldə etmək istəyir"

Ermənistanın inqilabçı baş naziri Nikol Paşinyan siyasi hakimiyyətini qorumaq və Rusiyadan yönəlik təzyiqləri minimuma endirmək üçün müxtəlif manevrlər edir. Hakimiyyət çevrilişindən sonra Kreml rəhbərinin İrəvana qarşı münasibıətini müsbətə doğru dəyişməkdə çətinlik çəkən Nikol Paşinyan indi də Rusiya müxalifəti ilə bazarlığa getmək qərarına gəlib. Hər halda işğalçı ölkənin baş nazirinin Moskvada "Yeni Rusiya" Fondunun rəhbəri Nikita İsayevlə görüşü belə deməyə əsas verir.

Məsələ ilə bağlı fikirlərini bölüşən Siyasi İnnovasiyalar və Texnologiyalar Mərkəzinin rəhbəri, politoloq Mübariz Əhmədoğlu deyib ki, Nikol Paşinyan Moskvada olarkən Rusiyanın müxalifətçi ictimai siyasi xadimi, "Yeni Rusiya" Fondunun rəhbəri, politoloq Nikita İsayevlə görüşdü. Politoloqun sözlərinə görə, görünür, Nikol Paşinyan Rusiya müxalifəti ilə əlaqə qurub, bunu Qərbin sərəncamına verməklə geosiyasi və maliyyə dividentləri qazanmaq istəyir: "Nikol Paşinyan Ermənistan siyasətində və ya davranışında azacıq da olsa unudulmuş bir fundamental ənənəni yenidən canlandırmaq istəyir. Paşinyanın İsayevlə görüşməsi Ermənistan cəmiyyətində birmənalı qarşılanmadı. Yerevan Dövlət Universitetinin Avropa Tədqiqatları Mərkəzinin rəhbəri Artur Kazinyan Nikol Paşinyanın İsayevla görüşünü siyasi korrektə çərçivəsinə sığmadığını bildirdi. Artur Kazinyanın fikrincə, Nikita İsayev qatı Azərbaycanpərəst lobbistdir və həmişə anti-erməni, Azərbaycanpərəst şəxs kimi qəbul olunur. Ona görə onun müxalifətçiliyi varsa da o, idarə olunan liberal düşüncəli şəxsdir. Nikol Paşinyan bilir ki, ondan əvvəlki hər 3 prezident Qərblə Rusiya arasında manevr etməklə Ermənistana geosiyasi divident qazandırıblar. Qərb qarşısında dünya erməniliyinin ən böyük xidməti SSRİ-ni dağıtmaq idi və onun da əvəzində Qarabağın müvəqqəti işğalına nail oldu. Bu günə qədər də Qərbin Dağlıq Qarabağ mövqeyinə erməni prizmasından baxdıqda ciddi geri çəkilmə hələ ki, müşahidə olunmayıb. Nikol Paşinyan bilir ki,

Robert Köçəryan özünü çox uğurlu şəkildə Rusiyanın müttəfiqi kimi təqdim

etdi, Rusiyanı inandırdı. Eyni zamanda həmin Robert Köçəryan Birləşmiş Ştatların dünyada ikinci ən böyük səfirlik binasının tikilməsinə nail ola bildi. Rusiyanın Ermənistandakı bir neçə müəssisəni "özününküləşdirdi". Robert Köçəryan YUKOS-CİS-i yaratmaqla məhz Rusiyanın daxilindəki ermənilər

vasitəsilə bir qrup rusiyalı iş adamını ələ aldı və Xodorkovskinin Qərblə əlaqələrinin daha da güclənməsinə xidmət etdi. Əvəzində pul qazandı. YUKOS-CİS Ermənistan vasitəsilə xaricə 5 milyard dollar pul göndərib.  2000-ci ilin əvvəllərində bu çox böyük məbləğ idi. Nikol Paşinyan bilir ki, SSRİ-nin dağılmasında Dağlıq Qarabağın rolunu Serj Sərkisyan etiraf edib".

Mərkəz rəhbəri bildirib ki,  Serj Sərkisyan Şərq Tərəfdaşlığını sırf anti-Rusiya mahiyyətə yönəldə bildi: "Şərq Tərəfdaşlığı Proqramı ölkələri çərçivəsində dəfələrlə Şimali Qafqazda vəziyyətin gərginləşdirməsini və Ermənistandan Rusiya bazalarının çıxarılmasını müzakirə etdi. Çərkəz

soyqırımının tanınmasını aktuallaşdırdı. Rusiya  bunlara və bu istiqamətdə baş verənlərə heç bir müqavimət göstərə bilmədi. Lervon Ter-Petrosyanın da atdığı addımlar təxminən buna bənzər idi. Qərbdə nüfuzdan və Qərbin pulundan ehtiyaclı olan Nikol Paşinyanın məntiqinə görə belə erməni liderləri həm Rusiyada, həm də Qərbdə hörmət qazanırlar. Ən yaxşı variant Rusiyanın daxilinə Qərbin yolunu açmaqdır. Bunu görə də Nikita İsayev "təklif verən" kimi Nikol Paşinyan tərəfindən qəbul olundu və Moskvada olarkən görüşdü". Mübariz Əhmədoğlu deyib ki,  "Yeni Rusiya" hərəkatının yaratdığı dialoq platforması bu vaxtadək Ermənistanla Rusiya arasında mövcud olan əməkdaşlıq platformalarından qat-qat zəifdir.   Eyni zamanda "Qriboyedov klubu" əməkdaşlıq formatının təsisçisi Kremlin ən ciddi dəstəklədiyi "MİA Novosti"nin rəhbəri Dmitri Kiselyovdur: "Qriboyedov" ifadəsi ermənilərin xoşuna gəlmir. Çünki A.S.Qriboyedovun ölümü ermənilərin ruslara xəyanətinin ilk və bariz nümunəsidir. Buna görə də yeni-"Lazarev klubu" dialoq platforması yaradıldı. "Lazarev klubu" arxasında K.Zatulin başda olmaqla Rusiyadan Dövlət Dumasının ermənipərəst deputatları dayanır.  "Lazarev klubu"nun maliyyə mənbəyi  Robert Köçəryanın təxmin 4-5 milyard dollar varidatının bir qismidir. Nikita İsayevin isə heç nəyi yoxdur, Nikol Paşinyan kasıbdır.Beləliklə söhbət ancaq siyasi Qərbin marağını cəlb etmək istiqamətində fəaliyyətdən gedə bilər.  Vladimir Putin hökumətinin möhkəmləndiyi vaxtda bu çətin məsələdir. Nikol Paşinyan Qərb üçün Rusiyanın daxilinə əlavə rıçaq verdiyinə görə Qərbdən istədiyini alacaq. Burda təəccüblü heç bir şey yoxdur. Bu ermənilərin tarixən formalaşmış davranış manerası və çörək ağacıdır. Nikol Paşinyanın bu vaxtadək Rusiyaya hədsiz çox yaltaqlanmasının arxasında da bax indiki bu fəaliyyəti dayanırdı. Erməni qadın erməni ərini həbs etdirib rusa ərə getməsi motivasiyası üzərində qurulmuş"Qayane" baletini Moskvada nümayiş etdirməklə Nikol Paşinyan sonda məhz bunu fikirləşmişdi. Qaldı ki, Ermənistan cəmiyyətində Nikita İsayevin Azərbaycanpərəst olması

ilə bağlı deyilənlərə Nikita İsayev özü etiraf edir ki, ermənipərəstdir. Görünür o həmişə Ermənistanla əlaqələrə can atıb ki, Ermənistan vasitəsilə Qərblə də əlaqələr qursun. Bu məsələdə Nikol Paşinyanla Nikita İsayevin baxışları üst-üstə düşür. Biz Nikita İsayevi Azərbaycanpərəst tanımırıq,  ola bilər haçansa  Azərbaycanla dabağlı obyektiv fikir səsləndirib".

Süleyman

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31