Siyasət

Deputat: “Ermənistanın gələcək inkişafı Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasından asılıdır”

22 Yanvar 2019 12:45

“Hər bir ölkədə keçirilən seçkilər həmin dövlət, eləcə də ona qonşu ölkələr üçün ciddi hadisədir. Region dövlətləri olaraq Gürcüstan və Ermənistandakı vəziyyət Azərbaycan üçün çox önəmlidir. Gürcüstanda ilk qadın prezidentin seçilməsi münasibətilə gürcü həmkarlarımı təbrik edirəm”.

Prezident İlham Əliyevdən daha bir humanist addım

22 Yanvar 2019 12:42

Azərbaycan dövləti və onun prezidenti üçün insan hüquq və azadlıqlarının qorunması əsas şərtdir

Millət vəkili AŞPA-da erkən nikah problemidən danışdı

22 Yanvar 2019 12:33

“Mən ailə və davamlı inkişaf mövzusuna toxunmaq istəyirəm. Bilirik ki, dünya gündən-günə sürətlə dəyişir və bu dəyişikliklər yeni risklər meydana gətirir. Hər yerdə qeyri-müəyyənlik hökm sürür, gələcəyimiz aydın deyil”. “Olaylar” xəbər verir ki, bu fikirləri AŞPA-nın qış sessiyasında sərbəst debatlarda çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Ülviyyə Ağayeva söyləyib. Deputat bildirib ki, iqlim dəyişikliyi, ifrat yoxsulluq, urbanizasiya, maliyyə böhranı, ərzaq və enerji çatışmazlığı, miqrasiya kimi yeni qlobal çağırışlarla mübarizə parlamentariləri bir araya gətirir: “Amma əsas məsuliyyətlərdən biri olan ailənin qorunub saxlanması diqqətdən kənarda qalır. Ailə təkcə cəmiyyətin əsas qrupu deyil, həm də davamlı, sosial, iqtisadi və mədəni inkişafın əsas təməlidir. Ailənin bir hissəsi olmaq insanı gərgin işləməyə, rahatlığını və təhlükəsizliyini onun rifahı üçün qurban verməyə təşviq edir. Ailə siyasəti dövlət siyasətinin əsas istiqamətlərindəndir”.

Azərbaycan dövləti kənar iradəyə tabe olmadan müstəqil siyasət aparır

22 Yanvar 2019 12:02

Rafael Hüseynov: “Belə bir müstəqil siyasətə və inkişafa maneçilik törətmək istəyən qüvvələr az deyil”

“Milli Şura”çıların itirilmiş mənəviyyatı...

22 Yanvar 2019 12:00

“Demokratik, hüquqi dövlət quruculuğu yolunda inamla addımlayan Azərbaycanın demokratiya təcrübəsi digər dövlətlərə nümunə olduğu halda sapı özümüzdən olan baltaların xaricdən anti-Azərbaycan qüvvələrin dəstəyi ilə ölkəmizin uğurlarına kölgə salmaq cəhdləri mənəviyyatsızlıq, vətəndaşlıq təəssübkeşliyi anlayışının bu ünsürlər üçün nə qədər yad olduğunun göstəricisidir.” Bu fikirləri YAP Siyasi Şurasının üzvü, “İki sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə “milli şuraçı”ların 19 yanvar mitinqinə, eyni zamanda, 20 Yanvar şəhidlərinin anım günündə ictimai asayişi və nizam-intizamı pozmaq cəhdlərinə münasibət bildirərkən söyləyib.

Struktur islahatları ölkədə işsizlik səviyyəsinə mənfi təsir etməyəcək

22 Yanvar 2019 11:57

Potensiallı kadrlar tezliklə digər qurumlarda iş tapacaqlar