Oqtay Əsədov Binəli Yıldırıma minnətdarlıq etdi
12 Fevral 2019 12:37 SiyasətSpiker Oqtay Əsədov, Milli Məclis adından Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Binali Yıldırıma minnətdarlıq edib. "Olaylar" xəbəbr verir ki, buna səbəb isə TBMM Azərbaycan Xalq Cümhuriyyətinin və Azərbaycan parlamentinin 100 illiyi ilə bağlı xatirə pul sikkələri buraxmasıdır. Oqtay Əsədov həmçinin deputat Zahid Orucu Prezidentin sərəncamı ilə Sosial Tədqiqatlar Mərkəzinin İdarə heyətinin sədri təyin olunması münasibətilə də təbrik edib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31