Siyasət

Con Boltonun Azərbaycan Prezidentinə zəngi nədən xəbər verir?

1 Fevral 2019 12:51

Olaylar.az ABŞ prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Boltonun Azərbaycan Prezidentinə telefon zənginin əsas məğzi ilə bağlı Tətbiqi Politologiya Mərkəzi ekspertlərinin fikirlərini öyrənib. “Con Boltonun Azərbaycan Prezidenti ilə telefon danışığının əsas məğzinin regional məsələlərlə bağlı olduğunu düşünürəm”.

"Qarabağın azadlığı üçün planlarımız var" - Perinçək

1 Fevral 2019 12:31

Olaylar.az Qondarma “erməni soyqırımı” ilə bağlı Avropa İnsan Haqları Məhkəməsində iddiaların yalan olduğunu sübut edən, Türkiyənin Vətən Partiyasının lideri Doğu Perinçekin Report-a müsahibəsini təqdim edir: - ABŞ-ın Kaliforniya ştatındakı erməni məktəbinə Türk bayrağı asanlara qarşı təhqiqat başlayıb. Polisin ittiham aktında “erməni soyqırımı” ilə yəhudi soyqırımı eyniləşdirilib. Bununla bağlı nə demək istərdiniz?

Parlamentin Hesablayıcı komissiyasının yeni tərkibi təsdiq edilib

1 Fevral 2019 12:21

Parlamentin fevralın 1-də keçirilən plenar iclasında Milli Məclisin Hesablayıcı komissiyasının yenidən təşkil edilməsi məsələsinə baxılıb.“Olaylar” xəbər verir ki, komissiyanın tərkibinə deputatlar Fəttah Heydərov, Qüdrət Həsənquliyev, Rafael Hüseynov, Xanhüseyn Kazımlı, Zahid Oruc, Sədaqət Vəliyeva, Mixail Zabelin daxildir.

Gürcüstanın boz kardinalının Azərbaycanın maraqlarına zidd siyasəti

1 Fevral 2019 12:17

Erməni maliyyəsi indi də Bakı ilə Tiflis arasında münasibətlərə zərbə vurmağa sərf edilir

Cəbhədən son xəbər

1 Fevral 2019 11:27

ABŞ-ın Milli Müdafiə Universitetində ABŞ-Azərbaycan tərəfdaşlığına dair müzakirələr

1 Fevral 2019 10:32

Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov ABŞ-ın Milli Müdafiə Universitetinin (National Defense University) dəvəti əsasında Universitetin müəllim və tələbə heyəti qarşısında "Azərbaycan: Strateji bölgədə etibarlı tərəfdaş” mövzusunda çıxış edib. Səfirlikdən Olaylar.az -a bildirilib ki, səfir Elin Süleymanov çıxışı zamanı ilk öncə dinləyicilərə ölkəmizin və regionumuzun coğrafiyasından söhbət açaraq, Azərbaycanın böyük geosiyasi əhəmiyyətə malik ölkə və dünya əhəmiyyətli strateji mərkəz olduğuna diqqət yönəltmişdir.  Azərbaycanın uğurlu enerji strategiyası, neft və qaz ehtiyatları, ölkəmizin təşəbbüsü və aparıcı rolu əsasında icra olunan layihələr barədə məlumat verilmiş, bu layihələrin hətta qlobal miqyasda enerji təhlükəsizliyi baxımından əhəmiyyət kəsb etdiyi bildirilmişdir.