Siyasət
“Qarabağ münaqişəsinin həllində ən yaxşı strategiya...” - Hoqland
Azərbaycanlılar Londonda yürüş-mitinq keçirdilər - VİDEO
Prezident problemli kreditlərdən danışdı
Los Anceles kilsəsində Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
Müxtəlif dini icma liderləri Xocalı şəhidlərinin ruhuna dualar oxuyublar Xocalı soyqırımının 27-ci ildönümü ABŞ-ın Los Anceles şəhərində müxtəlif dini icmaların rəhbərlərinin iştirakı ilə keçirilmiş geniş tədbirlə yad olunub. Olaylar.az bildirir ki, Azərbaycanın Los Ancelesdəki Baş Konsulluğu tərəfindən fevralın 21-də keçirilən tədbirə Los Ancelesin ən böyük və ən qədim kilsələrindən olan İsa Məsihin Sonuncu Gün Müqəddəsləri Kilsəsi evsahibliyi edib. 200-dən çox qonağın qatıldığı tədbirdə Los Ancelesdəki xristiyan, yəhudi, müsəlman, buddist, bəhai, zərdüşt və digər dini icmalarının rəhbərləri, eləcə də bu dinlərin müxtəlif cərəyanlarına mənsub geniş ictimaiyyət nümayəndələri, ictimai-siyasi xadimlər, bir sıra ölkələrin Los Ancelesdəki baş və fəxri konsulları, eləcə də jurnalistlər iştirak ediblər.





.jpg)



.jpg)




