Prezidentdən Azər Mustafazadə ilə bağlı SƏRƏNCAM
27 Mart 2019 15:08 SiyasətPrezident İlham Əliyev Azər Mustafazadənin 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında sərəncam imzalayıb.
Sərəncama əsasən, Azərbaycan Respublikasında nəşriyyat işi və jurnalistika sahəsində uzunmüddətli səmərəli fəaliyyətinə görə Azər Abdulla oğlu Mustafazadə 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilsin.
Qeyd edək ki, Azər Mustafazadə Azərbaycan Dövlət Nəşriyyatının direktorudur.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31