“Dövlət başçımız Paşinyana bu məsələləri konkret şəkildə izah edəcək”

"Reallıq ondan ibarətdir ki, Paşinyanın müxtəlif ziddiyyətli bəyanatları puça çıxdı".

Bu fikri  Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov Prezident İlham Əliyev və Ermənistanın baş naziri Nikol Paşinyan arasında keçiriləcək görüşü şərh edərkən deyib. 

O bildirib ki, Paşinyan müxtəlif şüarlarla müəyyən auditoriyalarda çıxış edirdi: "Səsləndirirdi ki, burada üçüncü tərəf iştirak etməlidir, Dağlıq Qarabağ separatçıları danışıqlarda bir tərəf kimi olmalıdır və s. Amma müəyyən aparıcı dövlətlər, beynəlxalq strukturlar və ATƏT-in Minsk qrupu tərəfindən vurulan siyasi zərbələrdən sonra Paşinyan başa düşdü ki, onun başqa çıxış yolu yoxdur. Biz həmişə deyirik ki, Ermənistan danışıqlara məhkumdur, bundan başqa yolu da yoxdur. Çünki Ermənistan bu vəziyyətdən çıxmalı olduğunu anlayır". 

Politoloq qeyd edib ki, Ermənistan iqtisadi və siyasi dalana dirənən bir ölkədir: "Təbii ki, o özünü burada demokratik siyasətçi kimi qələmə verirsə, ölkədə hər hansı bir inqilab etdiyini hesab edirsə və bundan sonra iri addımlar atmaq fikrindədirsə, gərək, Azərbaycanla danışmalı, Azərbaycana güzəştə getməli, Azərbaycanın maraqlarını nəzərə almalı, torpaqlarını azad etməlidir. Düşünürəm ki, dövlət başçımız bu görüşdə Paşinyana bu məsələləri konkret şəkildə izah edəcək". 

Qeyd edək ki, ATƏT-in Minsk qrupunun həmsədrlərinin təklifi əsasında Prezident İlham Əliyev və Nikol Paşinyan arasında Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə müzakirələr aparmaq məqsədilə 29 mart tarixində Avstriyanın paytaxtı Vyana şəhərində görüşünün keçirilməsi barədə razılıq əldə olunub.

azadinform

"Diqlas"da baş verən yanğınla bağlı cinayət işi başlanıb

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31