Fransada nazir, dövlət katibi istefaya getdi
28 Mart 2019 07:15 SiyasətFransa Xarici İşlər Nazirliyi yanında Avropa işləri naziri Natali Luazo, Rəqəmsal iqtisadiyyat üzrə dövlət katibi Münir Mahjubi və Fransa hökumətinin sözçüsü Benjamin Qrivo vəziflərindən istefa veriblər.
Bu barədə məlumat Yelisey Sarayının kommünikesində yer alıb. Onların hansı səbəbdən istefa verdiyi açıqlanmır.
Qeyd edək ki, bir neçə müddətdir yerli KİV Fransa Xarici İşlər Nazirliyi yanında Avropa işləri naziri Natali Luazo, Rəqəmsal iqtisadiyyat üzrə dövlət katibi Münir Mahjubi və Fransa hökumətinin sözçüsü Benjamin Qrivonun istefa verəcəyi barədə məlumatlar dərc edirdi.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31