Siyasət

Meksikada Xocalı soyqırımı qurbanlarının xatirəsi anıldı

27 Fevral 2019 10:29

Azərbaycan Respublikasının Meksika Birləşmiş Ştatlarındakı Səfirliyində Xocalı faciəsinin 27-ci ildönümü ilə bağlı anım tədbiri keçirilib. Olaylar.az bildirir ki, tədbirdə diplomatik korpus nümayəndələri, o cümlədən Türkiyə, Qətər, Gürcüstan, Qazaxıstan, Pakistan, Malayziya, Ukrayna, Kot-Divuar, Əlcəzair, Nigeriya,Banqladeş səfirləri, Türkiyə, Qazaxıstan, Qvatemala səfirləri, bir sıra ölkənin yüksək vəzifəli diplomat və hərbi attaşeləri, Meksika KİV nümayəndələri, Mexiko şəhəri rus pravoslav kilsəsinin başçısı, həmçinin Meksikada yaşayan həmvətənlərimiz iştirak edib.

Xocalı soyqırımı Braziliyanın nüfüzlu Embassy Brasilia xəbər portalında

27 Fevral 2019 10:15

Braziliyanın nüfüzlu Embassy Brasilia xəbər portalında Xocalı Soyqırımının 27-ci ildönümü ilə bağlı, Braziliyada ilk Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi üzrə mütəxəssis olan, João Ricardo Guilherme Zimmer Xavier-in “Khojaly: 27 anos de uma carnificina” (Xocalı: bir qətliamın 27-ci ili) adlı məqaləsi dərc etmişdir.