Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ- ÖZƏL

"Yarım əsrdən artıq tarixə malik olan Azərbaycan-Vyetnam münasibətləri yeni inkişaf mərhələsinə qədəm qoydu. Ölkələrimizin qarşılıqlı etimada və tərəfdaşlığa əsaslanan əlaqələri qarşıdakı dövrün hədəflərinin müəyyənləşdirilməsində stimulverici amil rolunu oynayır". 
"Olaylar" xəbər verir ki, bunu YAP Şəmkir rayon təşkilatının sədri Fəxrəddin Vəliyev deyib: "Dövlət başçısı İlham Əliyevin Vyetnam Sosialist Respublikasının "Vietnam News Agency" agentliyinə müsahibəsi, həmçinin Vyetnam Sosialist Respublikası Kommunist Partiyasının Mərkəzi Komitəsinin Baş katibi To Lamın  Azərbaycana dövlət səfəri bütün bu məqamlara bir daha işıq saldı. Prezident İlham Əliyevin sözügedən müsahibəsində qeyd etdiyi kimi, bu səfəri haqlı olaraq Azərbaycan-Vyetnam əməkdaşlığının inkişafında mühüm mərhələ kimi qiymətləndirmək olar. Bu əminlik də ifadə edildi ki, səfər proqramına ikitərəfli gündəliyin əsas aspektlərini əhatə edən məsələlərin geniş dairəsi daxildir. Bu, aktual mövzulara dair hərtərəfli fikir mübadiləsi aparmağa, yanaşmaları razılaşdırmağa və gələcəkdə qarşılıqlı fəaliyyətin perspektiv istiqamətlərini müəyyənləşdirməyə imkan verəcək. Siyasi dialoqa, iqtisadi-ticari əlaqələrə, həmçinin humanitar və mədəni mübadiləyə xüsusi diqqət yetiriləcək. Bundan başqa, partiyalararası dialoqun inkişafına ayrıca əhəmiyyət verilir. Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında əməkdaşlıq müsbət dinamika nümayiş etdirir. Qarşıdakı səfər siyasi və ideoloji zəmində qarşılıqlı fəaliyyətin yüksək səviyyəsinin əlavə təsdiqi olacaq. Səfər daha fəal əməkdaşlığa mühüm təkan olacaq, Azərbaycanla Vyetnam arasında münasibətlərin dostluq və qarşılıqlı hörmət ruhunda inkişafı üçün yeni üfüqlər açacaq".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31