Deputat seçicilərə söz verdi-müraciətlərin həlli ilə bağlı zəruri tədbirlər görüləcək- ÖZƏL

Milli Məclisin deputatı Günay Ağamalının Salyan rayonu, Qızılağac kəndi, Əlövsət Quliyev adına tam orta məktəbdə vətəndaşlarla növbəti görüşü keçirilib. "Olaylar" xəbər verir ki, görüşdən əvvəl torpaqlarımızın azadlığı və suverenliyimizin bərpası uğrunda canlarından keçən qəhraman şəhidlərimizin əziz xatirəsi bir dəqiqlik sükutla yad edilib. Daha sonra Millət Vəkili qısa müddət ərzində görülmüş işlər və  həllini tapmış müraciətlər haqqında görüş iştirakçılarına məlumat verib. 

Ardınca, Millət Vəkili Günay Ağamalı vətəndaşların səsləndirdiyi müraciətlər və təklifləri dinləyib, onların  həlli istiqamətində zəruri işlərin görüləcəyini və qanunvericiliyin tələblərini diqqətə çatdırıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31