Azərbaycan və Vyetnam arasında turizm sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir- ÖZƏL

"Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibi To Lamın Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin yeni mərhələyə keçidini şərtləndirəcək. Bu səfər ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsinə, həmçinin qarşılıqlı əməkdaşlığın yeni istiqamətlərinin müəyyənləşdirilməsinə xidmət edəcək". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Nurlan Həsənov deyib: "Səfərin əhəmiyyətini vurğulayan Prezident İlham Əliyev müsahibəsində bildirib ki, tərəflərin ikitərəfli münasibətlərin dərinləşdirilməsi səylərini əks etdirən və qarşılıqlı fəaliyyətdə yeni istiqamətlər açan bu hadisə böyük siyasi əhəmiyyətə malikdir. Bu baxımdan, sözügedən səfəri etibarlı tərəfdaşlıq müstəvisində inkişaf edən Azərbaycan-Vyetnam əməkdaşlığında yeni mərhələnin başlanğıcı kimi qiymətləndirmək olar". 

Millət vəkili əlavə edib ki, Azərbaycan və Vyetnam arasında turizm sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: "Bakı ilə Vyetnam şəhərləri arasında birbaşa hava əlaqələrinin yaradılması turistlər arasında mədəni mübadiləni daha da artıracaq və iki ölkənin mədəniyyətini yaxından tanımağa imkan verəcək. Həmçinin, səhiyyə və ekologiya sahələrində müştərək layihələrin həyata keçirilməsi tərəflər arasında əməkdaşlığın inkişafına təkan verəcək".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31