Paşinyanın Qərbin dəstəyilə hakimiyyətə gəlməsi...– Züriyə Qarayeva – ÖZƏL
16:48 SiyasətErmənistan Xarici İşlər Nazirliyi Rusiya XİN rəhbəri Sergey Lavrovun yaxın günlərdə İrəvana səfər edəcəyini bildirib. Eyni zamanda, ötən ildən gözlənilən Valentina Matviyenkonun səfəri isə hələ baş tutmayıb. "Hraparak" nəşri yazır ki, Ermənistan parlamentinin spikeri Alen Simonyan Rusiyanın İrəvandakı səfiri Sergey Kopırkinlə görüşdən sonra yenidən sərt anti-Rusiya ritorikası ilə çıxış edib.
Maraqlıdır, Lavrovun və digər Rusiya rəsmilərinin Ermənistana gözlənilən səfərlərinin arxasında hansı siyasi məqsədlər dayanır və Alen Simonyanın ritorikasının sərtləşməsinə səbəb nə ola bilər?
Mövzu ilə bağlı politoloq Züriyyə Qarayeva Olaylar.az-a açıqlamasında qeyd edib:
"Bu cür bəyanatların səsləndirilməsi İrəvan adminstrasiyasının Rusiyaya qarşı son dönəmlərdə demarş siyasətinin daha açıq müstəviyə keçirilməsi ilə bağlıdır. Məlum məsələdir ki, Paşinyan xüsusən son dönəmlərdə Qərbyönümlü siyasəti Avropa ittifaqı müşahidəçi missiyasının bölgəyə yerləşdirilməsi fonunda bu siyasəti daha da dərinləşdirir və təbiidir ki, bu yöndə də Moskvanın adekvat reaksiyası ilə də qarşılaşmamış deyil. Ona görə də Simonyanın hazırki mərhələdə Köçəryanı xatırlatması, onun hansı cinaha qulluq etməsi məsələsini diqqətə gətirməsi təsadüfü deyil. Əslində belə bir bilginin verilməsi onlar üçün də, erməni cəmiyyəti üçün də gözlənilməz bir bilgi deyildi. Məlumdur ki, Ermənistanda Paşinyan öncəsi hakimiyyət strukturlarının hansı cinahdan formalaşdırıldığı və hansı cinahdan direktivlər əldə edərək siyasət yürütdüyü".
Müsahibimiz həmçinin əlavə edib ki, Paşinyanın Qərbin dəstəyilə hakimiyyətə gəlməsi onu həm Qərbin, həm də Rusiyanın təzyiqləri arasında manevr etməyə məcbur edir və bu da Moskvanın narazılığına səbəb olur.
"Hazırda Paşinyan da əslində müəyyən mənada Rusiyadan asıllılıqdan tam qurtula bilməsə də, ancaq təbiidir ki, onun Sorosun maliyyələşməsi ilə hakimiyyətə gəlməsi Qərbin də şərtlərini paralel şəkildə icra etmək məcburiyyəti qarşısında qoyur və belə olduqda artıq Moskvanın qıcığı və reaksiyası ilə də qarşılaşmış olur. Və təbiidir ki, elə hazırki məqamda bu bəyanatların səsləndirilməsini də bu müvafiq məqamlarla bağlamaq mümkündür"
Gülxanım Əliyeva