"QHT-lərin müraciəti itkin düşən şəxslərlə bağlı problemi beynəlxalq müstəviyə çıxarmaq üçün təsirli üsuldur"- ÖZƏL
31 Avqust 2023 12:11 Siyasət"Xarici QHT-lərin hər iki Qarabağ müharibəsinin gedişində itkin düşən azərbaycanlılarla bağlı etdiyi müraciət, tarixi əhəmiyyətə sahibdir. Ermənistanın 30 il və bu gün də Azərbaycana qarşı davam etdirdiyi hərbi təcavüzünün ən acınacaqlı nəticələrindən biri itkin düşən azərbaycanlılardır. Ortada dəhşətli faktlar var".
Bu sözləri Olaylar-a "Bakı-Xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev deyib:
"Hər kəs bilir ki, Birinci Qarabağ müharibəsibdən bu yana dörd minə yaxın azərbaycanlının taleyi naməlum olaraq qalır. İkinci Qarabağ müharibəsində də sayca az olsa da, itkinlərimiz var. Dörd min nəfər itkin düşən azərbaycanlıların 3200-ə yaxını peşəkar hərbiçilərdir. 800 nəfər isə mülki şəxslərdir. 3200 nəfər hərbiçidirsə, deməli, ermənilər onlarla heç bir beynəlxalq hüquq çərçivəsində rəftar etməyib, məhv ediblər. İtkin düşən mülki əhalidən 30 ildən çoxdur ki, xəbər yoxdursa, bu, onların Azərbaycana qarşı törətdiyi cinayətin bariz nümunəsidir. Çünki, əsr götürülən mülki şəxslərkə rəftarda da heç bir beynəlxalq normaya əməl edilməyib. Müharibədən sonra dəfələrlə müraciət etməyimizə baxmayaraq, itkin düşənlərlə bağlı informasiyanın verilməsində heç bir səy göstərmədilər. 2022-ci ilin fevral ayında Avropa Birliyinin vasitəçiliyi ilə bu məsələ ilk dəfə olaraq üçtərəfli formatda müzakirə olundu. Hər iki tərəfə itkin düşən şəxslərlə bağlı məlumat mübadiləsinin aparılması üçün tövsiyələr verildi. Azərbaycanın bu baxımdan vicdanı təmizdir. Biz başqasının torpağını işğal etməmişik ki, hansısa millətin insanı yoxa çıxsın. Burda əsas məsuliyyət Ermənistanındır. Ermənistan Azərbaycan torpaqlarını işğal etdikcə, müqavimət göstərən, göstərə bilməyən ,sırf etnik kökəninə görə azərbaycanlıları qətlə yetirib, yoxa çıxarıblar. Bu gün Azərbaycan dörd minə yaxın vətəndaşının qeyri-müəyyən taleyi ilə birlikdə yaşamağa davam edir. Müharibədən sonrakı dövrdə Ermənistan bu sahədə Azərbaycanla heç bir əməkdaşlıq etmədi. Onlar, mina xəritələri ilə bağlı yeritdiyi siyasəti, itkin düşən azərbaycanlılarla bağlı da yürütdülər. Azərbaycan özü apardığı araşdırmalarla müxtəlif toplu məzarlıqlar aşkar etdi. Edillidə, Başlıbolu kəndində, Daşaltıda, Fərruxda və digər yerlərdə kütləvi məzarlıqlar aşkarlandı. Bu məzarlıqlarda üst-üstə beş yüzə qədər azərbaycanlının şəxsiyyəti müəyyən edildi. Onlar, otuz il ərzində Ermənistan tərəfindən qətlə yetirilib. Ermənilərin təcavüzü dövründə itkin düşən şəxslərin mütləq əksəriyyəti qətlə yetirilib. Buna görə də QHT-lərin müraciəti vacib hadisədir. Azərbaycanın əsir və itkin düşən şəxsləri ilə bağlı problemini birbaşa beynəlxalq müstəviyə çıxarmaq üçün təsirli üsuldur. Yəqin ki, dünya ictimaiyyəti buna laqeyd qalmayacaq. Həmin imza atan QHT-lər məsələnin həllini tapması üçün sonrakı addımları da atmalıdır. QHT-lərin dünyanın müxtəlif yerlərindəb olması məsələnin təsir gücünü artırır".