Mədəniyyət

Maqsud Şeyxzadəyə həsr olunmuş elmi konfrans və sənədli filmin təqdimatı olub

17 Dekabr 2018 16:58

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzində Özbək ədəbiyyatında dramaturgiyanın banisi, tərcüməçi, pedaqoq, tanınmış azərbaycanlı Maqsud Şeyxzadənin anadan olmasının 110 illiyi münasibəti ilə elmi konfrans, habelə Mərkəzin layihəsi ilə hazırlanmış və Maqsud Şeyxzadəyə həsr olunmuş “İki xalqın iftixarı” adlı sənədli filmin, “Özbək şeir çələngi” adlı kitabın təqdimatı keçirilib.

Muğam Mərkəzində film premyerası

17 Dekabr 2018 13:58

Beynəlxalq Muğam Mərkəzində Bülbül adına orta ixtisas musiqi məktəbinin 90 illiyi ilə əlaqədar keçirilən tədbirlər çərçivəsində məktəb haqqında çəkilən sənədli filmin ilk nümayişi keçirildi.

Milli Qəhrəman Dram Teatrın səhnəsində yad olundu

17 Dekabr 2018 13:46

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında Milli Qəhrəman Koroğlu Rəhimovun 65 illiyi münasibətilə “Xəcalət” tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, səhnə əsəri Mədəniyyət Nazirliyinin təşkilatçılığı, Azərbaycan Teatr Xadimləri İttifaqı və Akademik Milli Dram Teatrının dəstəyi ilə təqdim edilib.

İstanbulda “İrəvan- gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib

14 Dekabr 2018 17:38

Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasının 100 illiyi münasibətilə Gənclər və İdman Nazirliyinin dəstəyi ilə İstanbul Universitetində, İstanbuldakı Biruni Universitetində və İstanbul Türk Ocağında konfrans və “Virtual Qarabağ” İnformasiya – Kommunikasiya Texnologiyaları Mərkəzinin istehsal etdiyi “İrəvan - gizlədilmiş həqiqətlər“ sənədli filminin türk dili versiyasının nümayişi keçirilib. “OLAYLAR” xəbər verir ki. hər üç tədbir Azərbaycanın və Türkiyənin dövlət himnlərinin səsləndirlməsi ilə başlayıb.

Uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq

14 Dekabr 2018 15:55

Mədəniyyət Nazirliyi, Azərbaycan Rəssamlar İttifaqı, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə “Azərbaycan Xalq Cümhuriyyəti İli” çərçivəsində “Doğma diyar” respublika uşaq rəsm müsabiqəsinin yekun sərgisi açılacaq.

“Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun 30 illiyi qeyd olunacaq

14 Dekabr 2018 15:51

Bu il “Qala” Dövlət Tarix-Etnoqrafiya Qoruğunun yaradılmasının 30-cu ili tamam olur. Bu məqsədlə dekabrın 18-də “Qala Abşeronun Tarixi- Etnoqrafik İrsi” adlı tədbir keçiriləcək.

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində yeni tamaşa

14 Dekabr 2018 15:40

Maqsud İbrahimbəyov Yaradıcılıq Mərkəzində Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin “Kərgədan buynuzu” tamaşası nümayiş olunub. Olaylar.az bildirir ki, Maqsud İbrahimbəyovun “Kərgədan buynuzu” əsərinin motivləri əsasında hazırlanan tamaşaya Dram rejissoru ixtisasının rus bölməsinin IV kurs tələbələri Fəridə Nesterenko, Bella Klimaşeva, Yuriy Omelçenko, Raulya Rzayeva, Cahandar Cəfərli və Tamerlan Əsədov quruluş veriblər.

Həftəsonu teatrda

14 Dekabr 2018 15:37

Azərbaycan Dövlət Musiqili Teatrında həftəsonu maraqlı tamaşalar nümayiş olunacaq. Qurumun mətbuat xidmətindən Olaylar.az –a bildirilib ki, teatr dekabr ayının 14-də saat 19:00-da "Nuri-didə Ceyhun” (Ə.Əmirli), 15-də saat 12:00 və saat 19:00-da “Ər və arvad” (Ü.Hacıbəyli), 16-da saat 19:00-da "999-cu gecə” (F.Əmirovun musiqiləri və Min bir gecə nağıllarının motivləri əsasında) əsərlərini təqdim edəcək.

20 Yanvar şəhidlərinin xatirəsinə həsr olunacaq rəsm müsabiqəsi

14 Dekabr 2018 15:36

Bakı Xətai Sənət Mərkəzi “Azadlıq aşiqləri günü-20 Yanvar” adlı respublika uşaq rəsm müsabiqəsi elan edib. Sərgi Mədəniyyət Nazirliyi, “Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyəti, Xətai Rayon İcra Hakimiyyəti, 3 nömrəli Uşaq Gənclər İnkişaf Mərkəzinin dəstəyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Xətai Sənət Mərkəzinin təşkilatçılığı ilə reallaşıb.