Mehdi Hüseynzadə - “Şərəfli ömrün anları”
21 Dekabr 2018 13:12 MədəniyyətAzərbaycan İstiqlal Muzeyində Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadənin 100 illiyinə həsr edilmiş "Şərəfli ömrün anları" adlı tədbir keçirilib.
Olaylar.az bildirir ki, tədbir Prezident İlham Əliyevin Mehdi Hüseynzadənin 100 illiyinin keçirilməsi haqqında müvafiq Sərəncamına uyğun olaraq reallaşıb.
Tədbirdə Mehdi Hüseynzadənin keçdiyi həyat yolu haqqında geniş məlumat verilib. Qeyd edilib ki, o, İkinci Dünya müharibəsi zamanı əsir düşsə də, sonradan Yuqoslaviya, Triest, İtaliya partizan dəstələri ilə Vermaxta qarşı mübarizə aparıb, çətin döyüş tapşırıqlarını və sabotaj əməliyyatlarını yerinə yetirib.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31