“Manon Lesko” operasının premyerası olacaq
Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin “Manon Lesko” operasının premyerası olacaq. Olaylar.az bildirir ki, səhnə əsərində Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər, “Humay” mükafatı laureatı Afaq Abbasova, Fərid Əliyev, Tural Ağasıyev və solist Fəhmin Əhmədli çıxış edəcək.
21 Dekabr 2018 13:39 MədəniyyətDekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cakomo Puççininin "Manon Lesko" operasının premyerası olacaq. Olaylar.az bildirir ki, səhnə əsərində Xalq artisti Əkrəm Poladov, Əməkdar artistlər, "Humay" mükafatı laureatı Afaq Abbasova, Fərid Əliyev, Tural Ağasıyev və solist Fəhmin Əhmədli çıxış edəcək.
Əsas partiyanı ifa etmək üçün Ukrayna Milli Operasının solisti, bu ölkənin Əməkdar artisti, beynəlxalq müsabiqələr laureatı Pyotr Primak dəvət olunub. Tamaşanın musiqi rəhbəri və dirijoru Əməkdar artist Əyyub Quliyev, quruluşçu rejissoru Ukraynanın Əməkdar incəsənət xadimi Mikola Tretyak, xormeysteri Əməkdar incəsənət xadimi Sevil Hacıyeva, konsertmeysteri Aysel Məlikovadır.
Tamaşada teatrın aparıcı heyəti və böyük tərkibdə xor kollektivi çıxış edəcək.
Qeyd edək ki, "Manon Lesko" Cakomo Puççini yaradıcılığında xüsusi yeri olan əsərlərdən biridir. Operanın librettosu Antuan Fransua Prevonun Avropada çox populyar olan "Kavaler de Qrie və Manon Leskonun sevgi tarixçəsi" romanının motivləri əsasında yazılıb. Tamaşanın premyerası 1893-cü ildə İtaliyanın Turin şəhərində reallaşıb.