Latın Amerikasının tanınmış universitetində Nizami Gəncəvinin yaradıcılığı

Meksikanın ən nüfuzlu və Latın Amerikasının ən böyük Universiteti olan, məşhur Meksika Milli Avtonom Universitetinin Akatlan Yüksək Beynəlxalq Münasibətlər fakültəsi binasında UNAM Universiteti ilə Meksikadakı Səfirliyimizin təşkilatçılığı ilə dünya şöhrətli Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Olaylar.az –a bildirilib ki, Meksikalılardan ibarət yerli “Nur Ər Riyad Rəqs Qrupu” tərəfindən Nizami Gəncəvinin ölməz “Yeddi Gözəl” poemasının motivləri əsasında hazırlanmış “İpək Yolu” rəqs tamaşasını çoxsaylı qonaqlara nümayiş edilib. Tamaşa zamanı “Yeddi Gözəl” poemasından parçalar oxunub, orada adı çəkilən məmləkət və dövrün rəqsləri, o cümlədən Azərbaycan milli rəqsləri nümayiş etdirilib.

Meksikanın ən nüfuzlu və Latın Amerikasının ən böyük Universiteti olan, məşhur Meksika Milli Avtonom Universitetinin Akatlan Yüksək Beynəlxalq Münasibətlər fakültəsi binasında UNAM Universiteti ilə Meksikadakı Səfirliyimizin təşkilatçılığı ilə dünya şöhrətli Azərbaycan şair və mütəfəkkiri Nizami Gəncəvinin yaradıcılığına həsr olunmuş tədbir keçirilib. Azərbaycan Respublikasının Meksikadakı Səfirliyindən Olaylar.az -a bildirilib ki, Meksikalılardan ibarət yerli "Nur Ər Riyad Rəqs Qrupu" tərəfindən Nizami Gəncəvinin ölməz "Yeddi Gözəl" poemasının motivləri əsasında hazırlanmış "İpək Yolu" rəqs tamaşasını çoxsaylı qonaqlara nümayiş edilib. Tamaşa zamanı "Yeddi Gözəl" poemasından parçalar oxunub, orada adı çəkilən məmləkət və dövrün rəqsləri, o cümlədən Azərbaycan milli rəqsləri nümayiş etdirilib.

Tədbirin açılışında çıxış edən ölkəmizin Meksikada müvəqqəti işlər vəkili Məmməd Talıbov Azərbaycan mədəniyyətinin meksikalılara təqdim olunması üçün bu imkanın yaradılmasına görə UNAM Universitetinə təşəkkürünü bildirib. O, Azərbaycan ədəbiyyatının xalqımız üçün unikal xəzinə olduğunu qeyd edərək Nizami Gəncəvinin şübhəsiz ki, onun ən parlaq nümayəndələrindən olduğunu, onun yaradıcılığının dünya ədəbiyyatında dərin iz qoyduğunu vurğulayıb.

Daha sonra Məhəmməd Talıbov Azərbaycan təmsilçisi tamaşanın əsas motivi olan "Yeddi Gözəl" poemasından söz açdı. Nizami Gəncəvinin poemalarının təsiri ilə Uilyam Şekspir və məşhur bəstəkar Cakomo Puçini kimi dahilərin yaradıcılığında da rastlaşdığını qeyd edib.

Tamaşa böyük maraq və gurultulu alqışlarla qarşılandı. Tədbirin sonunda fakültə rəhbərliyi Azərbaycan tərəfinə təşəkkürünü bildirib.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31