Mədəniyyət
Qaliblər müəyyənləşdi - “Birpərdəli pyeslər” müsabiqəsində
Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi tərəfindən elan olunan “Birpərdəli pyeslər” müsabiqəsinin qalibləri müəyyənləşib. Olaylar.az bildirir ki, komissiyanın 9 üzvü tərəfindən müsabiqəyə təqdim olunan 29 pyesin mövzu, bədii və teatral baxımından dəyərləndirilməsi aparılmış və müəyyən edilmiş qiymətləndirmə cədvəlinə müvafiq olaraq əsərlələrə hər bir üzv tərəfindən 10 ballıq şkala əsasında qiymət verilmişdir.
Şəbnəmdən Amerika söhbətinə reaksiya: "Cahil millətimiz var"
Müğənni Şəbnəm Tovuzlunun “Hüseynova bacıları” verilişində işlətdiyi sözlər ötən gündən bəri gündəmi zəbt edib. Sənətçinin Amerikanı Avropanın paytaxtı adlandırması sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çoxları isə ifaçını ələ salıblar.
“Rəqəmsal foto” kursunun ilk məzunları öz işlərini təqdim etdilər
STEP IT Academy-də “Rəqəmsal foto” kursunun ilk buraxılışının işləri təntənə ilə təqdim olundu. Olaylar.az bildirir ki, məzunlar seçdikləri mövzularda öz işlərini təqdim etdilər. Akademiyanın təmsilçilərindən yanaşı tədbirdə Azərbaycan Fotoqrafları Birliyinin təmsilçiləri, həvəskar və peşəkar fotoqraflar iştirak ediblər.
Bu həftə Akademik Musiqili Teatrında
Azərbaycan Dövlət Akademik Musiqili Teatrında bu həftə ərzində 8 tamaşa nümayiş olunacaq. Olaylar.az bildirir ki, aprelin 17-də saat 19:00-da "999-cu gecə” (F. Əmirovun musiqiləri və "Min bir gecə” nağıllarının motivləri əsasında), aprelin 19-da saat 19:00-da Toya bir gün qalmış (Ə.Səmədli), aprelin 20-də saat 19:00-da “Amerikalı Kürəkən” (R.Mirişli, M.Haqverdiyev), aprelin 21-də saat 19:00-da “Baladadaşın toy hamamı” (Elçin, F.Allahverdi) səhnə əsərləri təqdim olunacaq.
Məşhur əsər rus dilində çap edildi
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunda XVI əsr görkəmli türk çoğrafiyaçısı, dənizçisi və admiralı Piri Rəisin dünyaca məşhur “Kitabi Bəhriyyə” (“Dənizçilik haqqında kitab”) əsəri rus dilində çapdan çıxıb.
Muzeydə “Narkomaniya – bəşəriyyətin bəlası” adlı rəsm sərgisi
Aprelin 16-da Azərbaycan İstiqlal Muzeyində Bakıda keçirilən Narkotiklərlə Mübarizə üzrə 36-cı Beynəlxalq Konfrans çərçivəsində “Narkomaniya – bəşəriyyətin bəlası” adlı sərginin açılışı oldu. Olaylar.az bildirir ki, tədbir iştirakçıları əvvəlcə narkomaniyanın fəsadlarından bəhs edən video-çarxa baxdılar.
“Balaca” qısametrajlı bədii filmi Fəcr Beynəlxalq Film Festivalına dəvət aldı
“Balaca” qısametrajlı bədii filmi İranda keçirilən Fəcr Beynəlxalq Film Festivalının “Eastern Vista” müsabiqə mərhələsinə dəvət alıb. Olaylar.az bildirir ki, film Mədəniyyət Nazirliyinin dəstəyi ilə kinostudiyasının nəzdində fəaliyyət göstərən Gənc Sinemaçılar Klubu tərəfindən ekranlaşdırılıb.
Lətifənin 65 minlik stili - Fotolar
Müğənni Lətifə Soyuöz toy məclislərindən birində geyindiyi libasla diqqət çəkib.
Akademik Musiqili Teatrın aktyorları “Nəsimi ili – Nəsimi dili” festivalında
Azərbaycan Teatr Xadimləri İttifaqında Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Bakı Uşaq Teatrı ilə birlikdə “Bir teatr, bir festival” layihəsi çərçivəsində təşkil etdiyi “Nəsimi ili – Nəsimi dili” festivalı keçirilib. Olaylar.az bildirir ki, festivalda Azərbaycan Dövlət Akademik Musiqili Teatrının aktyorları – Əmrah Dadaşov ifa etdiyi “Neylərəm” qəzəlinə görə 3-cü mükafata layiq görülüb, Mehriban Zalıyeva “Allahu əkbər, ey sənəm” qəzəlinə, Elnarə Nağdəliyeva isə “Hardasan” kompozisiyasına görə ''Təşəkkürnamə'' ilə təltif ediliblər. Festivalın digər iştirakçıları kimi onların da ifaları tamaşaçılar tərəfindən böyük maraqla və alqışlarla qarşılanıb.
Aşıq Pəri məclisi konsert təqdim edəcək
İyunun 10-da Heydər Əliyev Sarayında Aşıq Pəri məclisinin sazlı-sözlü konserti keçiriləcək. Olaylar.az bildirir ki, tədbirdə Əməkdar mədəniyyət işçiləri Gülarə Azaflı, Ulduz Sönməz, Solmaz Kosayeva, Zülfiyyə Aşıqlı, Aşıq Samirə, şairələr Səadət Buta, Güllü Eldar Tomarlı, Aynur Qafarlı, Təbrizə Pünhan, Südabə İrəvanlı və Fatimə Vəfa çıxış edəcəklər. Gecədə həmçinin tanınmış aşıqlar Gözəl Kəlbəcərli, Familə Göyçəli, Kəmalə Məhyəddinqızı, Rəfiqə Göyçəli, İnci Şirvanlı, Xavər Zəngilanlı, Aidə Gülzar, Əfsanə Kərimli, Xəyalə Qəribqızı, Könül Gədəbəyli, Göyçə Ömürlü, Vüsalə Gədəbəyli, Türkay Ayna, Nargilə Mehdiyeva və digərlərinin ifaları dinləniləcək.
“İblis” İstanbul səhnəsində nümayiş olunacaq
Aprelin 17-də Böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavid Türkiyədə anılacaq.
Qoruqlarında və muzeylərdə “açıq qapı” günü olacaq
Aprelin 18-i saat 18:00-da Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin təşkilatçılığı ilə “Boulevard Hotel”də Beynəlxalq Abidələr və Tarixi Yerlər Gününə həsr olunmuş tədbir keçiriləcək.
Kərim Abbasovdan Rəşad İlyasova sərt sözlər - "Kişi dediyin şəxs..."
Speys TV-də "Hər səhər" verilişində müğənni Rüfət Axundov və Rəşad İlyasovun mahnı oxuyarkən dəfələrlə qeyri-etik ifadələr səsləndiriblər.
Azərbaycan ABŞ-ın ən böyük kitab festivalında təmsil olunub
ABŞ-ın ən nüfuzlu universitetlərindən olan Cənubi Kaliforniya Universitetində tanınmış Los Anceles Taymz qəzeti tərəfindən keçirilən Los Anceles Taymz Kitab Festivalında Azərbaycan geniş təmsil olunub. Qeyd edək ki, 150 mindən çox ziyarətçisi olan bu festival ABŞ-da ən böyük kitab festivalıdır.
Hacıbaba Hüseynovun 100 illiyi qeyd edildi - Muğam Mərkəzində
Beynəlxalq Muğam Mərkəzin “Unudulmayanlar” layihəsi çərçivəsində Azərbaycan musiqi sənətinin görkəmli nümayəndəsi, tanınmış pedaqoq, Xalq artisti Hacıbaba Hüseynovun 100 illiyinə həsr olunmuş ədəbi-bədii musiqili gecə keçirilib.







.jpg)






