Şəbnəmdən Amerika söhbətinə reaksiya: "Cahil millətimiz var"

Müğənni Şəbnəm Tovuzlunun “Hüseynova bacıları” verilişində işlətdiyi sözlər ötən gündən bəri gündəmi zəbt edib.  Sənətçinin Amerikanı Avropanın paytaxtı adlandırması sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çoxları isə ifaçını ələ salıblar. 

Müğənni Şəbnəm Tovuzlunun "Hüseynova bacıları" verilişində işlətdiyi sözlər ötən gündən bəri gündəmi zəbt edib. 

Sənətçinin Amerikanı Avropanın paytaxtı adlandırması sosial şəbəkədə müzakirələrə səbəb olub. Bir çoxları isə ifaçını ələ salıblar. 

Yeni mahnısı ilə bağlı paylaşım edən Şəbnəmin İnstaqram səhifəsinə də izləyicilər bu ifadəsi haqda şərhlər yazıblar. Müğənni ona yazılan "Bilmirsiz, özünüzü verilişdə biabır etməyin, ayıbdır" sözlərinə reaksiya verib. 

Şəbnəm izləyicisinə "Gör sənin kimi nə qədər cahil millətimiz var. Bu, səhnəarxası bir zarafat, məzə idi. Amma yaxşı ki, saytlar sizin kimi cahillərin başına torba hörüb hər şeyə inandırır" cavabını verib. 



Axşam.az

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31