Mədəniyyət

"Nar bağı" XV Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalında

18 Aprel 2019 11:22

Azərbaycanlı rejissorun filmi XV Kazan Müsəlman Kinosu Beynəlxalq Festivalının müsabiqə proqramına daxil edilib. Olaylar.az bildirir ki, rejissor İlqar Nəcəfin “Nar bağı” filmi tammetrajlı oyun filmləri seksiyasında müsabiqəyə qatılacaq.

Ağcabədidə “Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalı

18 Aprel 2019 11:19

"Bölgələrdən Bölgələrə” Yaradıcılıq Festivalının növbəti dayanacağı Ağcabədi rayonu olub. Mədəniyyət Nazirliyinin regional mədəniyyət idarələrini əhatə edən rayon və şəhərlərin nümayəndələrinin iştirak etdikləri festival Heydər Əliyev Meydanında keçirilib.

“İblis” Harbiyə-Muhsin Ərtuğrul səhnəsində - İstanbulda

18 Aprel 2019 10:43

İstanbulun Harbiyə-Muhsin Ərtuğrul səhnəsində görkəmli Azərbaycan dramaturqu Hüseyn Cavidin “İblis” əsəri tamaşaya qoyulub. Olaylar.az bildirir ki, tamaşa İstanbul Şəhər Teatrları və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun təşkilati dəstəyi ilə hazırlanıb. Səhnə əsərinin hazırlanmasında İstanbul Şəhər Teatrlarının direktoru Sedat Çakır tərəfindən mənəvi dəstək verilib.

YUĞ Teatrının kollektivi Prezidentin Sərəncamını sevinclə qarşılayıb

18 Aprel 2019 10:37

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Azərbaycan teatrlarının inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi haqqında daha bir Sərəncam imzalayıb. Sərəncamda deyilir: Azərbaycan teatr ənənələrinin qorunub saxlanılması və dövrün tələblərinə uyğun inkişafı ilə bağlı tədbirlərin davam etdirilməsi üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Mədəniyyət Nazirliyinə 1,2 milyon manat, o cümlədən Azərbaycan Dövlət “Yuğ” Teatrı, Azərbaycan Dövlət Pantomima Teatrı, Cəfər Cabbarlı adına İrəvan Dövlət Azərbaycan Dram Teatrı, Şəki Dövlət Dram Teatrı, Ağdam Dövlət Dram Teatrı, Füzuli Dövlət Dram Teatrı, Qazax Dövlət Dram Teatrı, Qusar Dövlət Ləzgi Dram Teatrı, Qax rayonu Gürcü Dövlət Dram Teatrı, Gəncə Dövlət Kukla Teatrı, Qax Dövlət Kukla Teatrı və Salyan Dövlət Kukla Teatrının hər birinə 100 min manat ayrılsın.

İtaliya, Belarus və Azərbaycan opera ulduzları birgə çıxış edəcəklər

18 Aprel 2019 10:35

Mayın 12-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə İtaliyanın Azərbaycandakı səfirliyinin birgə mədəni proqramı çərçivəsində Cakomo Puççininin “Toska” operasının tamaşası keçiriləcəkdir.

Ramiz Mirişlinin xatirəsi anılacaq - Akademik Musiqili Teatrda

18 Aprel 2019 10:30

Aprelin 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Mirişlinin 85 illik yubileyi ilə əlaqədar unudulmaz sənətkarın "Amerikalı kürəkən” (libretto müəllifi M.Haqverdiyev) tamaşası nümayiş olunacaq.

Röyanın bikinidə görüntüləri – FOTO

18 Aprel 2019 10:21

Əməkdar artist Röya Ayxan bikinili fotoları ilə gündəm yaradıb

Şəbnəm Tovuzlu: "Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur"

17 Aprel 2019 18:27

Şəbnəm Tovuzlu: "Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur"

Nağılbazın atası gəlininə: "Onlara ev verməyəcəm" - VİDEO

17 Aprel 2019 18:10

Mərhum reper Anar Nağılbazın atası Rizvan Cəbiyev keçmiş gəlini Anjelikaya ev verməyəcəyini açıqlayıb.

Röya çimərlik geyimində - İsti fotolar

17 Aprel 2019 15:52

Azərbaycanlı müğənni Röya yeni fotosessiyasını təqdim edib.

İçərişəhərdə sərgi - “Qadın sirləri”

17 Aprel 2019 14:51

Aprelin 18-də İçərişəhərdə yerləşən “Art Tover” qalereyasında “Qadın sirləri” adlı rəsm sərgisi açılacaq.  “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və “Arts Council Azerbaijan”ın dəstəyi ilə reallaşacaq sərgi bütün dövrlər üçün aktual olan qadın mövzusuna həsr olunacaq.

İlbər Ortaylıya AYB-nin üzvülük vəsiqəsi təqdim edildi

17 Aprel 2019 13:09

Türkiyə və Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) təşkilatçılığı ilə ölkəmizə dəvət olunan tanınmış türkiyəli tarixçi, professor İlbər Ortaylı Azərbaycan Yazıçılar Birliyində (AYB) olub. Olaylar.az bildirir ki, uzun illərdir dostluq münasibətində olduğu birliyin sədri, Xalq yazıçısı Anarla görüşən İlbər Ortaylı ölkəmizə səfəri və təşkil edilmiş görüşlərlə bağlı məlumatları bölüşüb.

Muğam Mərkəzində musiqi festivalı 

17 Aprel 2019 11:58

Beynəlxalq Muğam Mərkəzində ”OSEP 2019” layihəsi çərçivəsində Bülbül adına  Orta İxtisas Musiqi Məktəbinin tələblərinin iştirakı ilə “Şərqlə-Qərbin körpüsündə” adlı musiqi festivalının  konserti keçirilmişdir. Olaylar.az bildirir ki, tədbiri giriş sözü ilə açan Xalq artisti, Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin direktoru Teymur Göyçayev  çıxış edərək  “Şərqlə-Qərbin körpüsündə”  layihəsi çərçivəsində keçirilən konsertlərdən danışıb.