Şəbnəm Tovuzlu: "Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur"

Şəbnəm Tovuzlu: "Mən də bilirəm, Amerikanın paytaxtı Nyu-Yorkdur"

ARB TV-də yayımlanan "Hüseynova bacıları" verilişində  "Avropada dörd ölkə" sualına "Amerikanın özü, İtaliya" cavabını verən müğənni Şəbnəm Tovuzlu izləyicisinə kobud cavab verib.

AZXEBER.COM xəbər verir ki, "İnstagram"da verilişdəki səhv cavabını müğənniyə xatırladan istifadəçinin "özünüzü biabır etməyin, ayıbdır" sözlərindən sonra Şəbnəm belə reaksiya göstərib:

"Bilirəm Avropa ölkələri hansılardır və Amerikanın paytaxtı haradır (Nyu-Yorkdur). Kimlərsə reytinq xatirinə mənim karyerama zərbə vurur.

Görünür, göz düzəldən yerdə qaş çıxardan Şəbnəm xanım Amerikanın paytaxtının Vaşinqton olmasından xəbərsizdir. 

Şəbnəm xanım "karyera" sözünün əvəzinə isə "koryera" işlətməsi isə diqqətdən yayınmayıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31