Ramiz Mirişlinin xatirəsi anılacaq - Akademik Musiqili Teatrda
Aprelin 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Mirişlinin 85 illik yubileyi ilə əlaqədar unudulmaz sənətkarın "Amerikalı kürəkən” (libretto müəllifi M.Haqverdiyev) tamaşası nümayiş olunacaq.
18 Aprel 2019 10:30 MədəniyyətAprelin 20-də Azərbaycan Dövlət Akademik Musiqili Teatrında görkəmli bəstəkar, Azərbaycan Respublikasının Xalq artisti Ramiz Mirişlinin 85 illik yubileyi ilə əlaqədar unudulmaz sənətkarın "Amerikalı kürəkən" (libretto müəllifi M.Haqverdiyev) tamaşası nümayiş olunacaq.
Olaylar.az bildirir ki, tamaşadan öncə tanınmış jurnalist, Əməkdar mədəniyyət işçisi Telli Pənahqızı mərhum bəstəkarın yaradıcılıq yolu barədə çıxış edəcək.
Tamaşanın quruluşçu-rejissoru Azərbaycan Respublikasının Xalq artisti, "Şöhrət" ordenli İlham Namiq Kamal, quruluşçu-dirijoru Əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, quruluşçu-rəssamı, Əməkdar rəssam Nabat Səmədova, quruluşçu-baletmeysterləri Əməkdar artistlər Zakir və Leyla Ağayevlər, şeirlərin müəllifi Xalq şairi Fikrət Qoca, xormeysteri Əməkdar artist Vaqif Məstanov, dirijoru Əməkdar incəsənət xadimi Fəxrəddin Atayev, konsertmeysteri Nərminə Əbdürəhmanova, rejissor assistenti Tamilla Aslanovadır. Tamaşada rolları Xalq artisti İlham Namiq Kamal, Əməkdar artistlər - Novruz Qartal, Almaz Ələsgərli, aktyorlar - Ağaxan Şərifov, Gülçöhrə Abdullayeva, Səməd Xasıyev, Gültac Əlili, İbrahim Əlizadə, Ruslan Mürsəlov, Gülnarə Əzizova, Fərid Rzayev, Eleanora Mehdiyeva və Nigar Qarayeva ifa edəcəklər.