Kriminal
Natiq Kərimov və İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb
Dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimov və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Təqsirləndirilən şəxsin gizlətdiyi tapança tapıldı
Təqsirləndirilən şəxs qismində saxlanılan şəxsin ətrafında aparılan əməliyyat tədbirləri nəticəsində onun gizlətdiyi tapança aşkar edilərək götürülüb.
“Ovçular” mağazasında qanunsuz tüfəng aşkarlandı
Ağcabədi şəhərindəki “Ovçular” mağazasına baxış zamanı oradan müvafiq sənədləri olmayan ov tüfəngi və vasitələri aşkar edilərək götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, polis əməkdaşları Ağcabədi şəhərindəki “Ovçular” mağazasına baxış keçirib. Nəticədə müvafiq sənədləri olmayan “TOZ-17” markalı yivli ov tüfəngi, 50 ədəd patron və 1 ədəd patron darağı aşkar edilərək götürülüb.
“Hacı Əbdül" hamamında silah-sursat tapıldı
Nardaran qəsəbəsində yerləşən, hazırda fəaliyyət göstərməyən “Hacı Əbdül” hamamına baxış zamanı oradan silah-sursat aşkar edilib.
Məhkumun alt paltarında narkotik maddə aşkar edilib
Ədliyyə Nazirliyi Penitensiar xidmətin tabeçiliyində olan cəzaçəkmə müəssisələrinə və istintaq təcridxanalarına qadağan olunmuş əşyaların və narkotik maddələrin keçirilməsinə qarşı mübarizə davam etdirilir.
Gömrük nəzarətindən gizlədilən 12 telefon aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında Gürcüstan Respublikası istiqamətindən “Sınıq Körpü” gömrük postunun idxal nəzarəti zonasına daxil olan Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Mitsubishi Airtek” markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı nəqliyyat vasitəsinin salonundan gömrük nəzarətindən gizlədilən 12 ədəd “Nokia” markalı mobil telefonlar aşkar edilib.
Bakıda iki övladı öldürülən qadından yeni məlumat
Keçən həftənin şənbə günü Bakının Nərimanov rayonunda - Keşlə qəsəbəsində qohumu 20 yaşlı Azər Cəfərov tərəfindən ölümcül hala salınan Lətifə Qasımovanın vəziyyəti ağır olaraq qalır.
Tikinti şirkətinin dələduzluqda təqsirləndirilən əməkdaşına hökm oxunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən Samir Quliyevin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim Azər Orucovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, S. Quliyev 7 il müddətinə azadlıqdan məhrum edilib.
DİN XƏBƏRDARLIQ ETDİ: "Əməliyyat-axtarış tədbirləri davam etdirilir"
Su sayğacları oğurluqlarının qarşısının alınması və bu cinayətləri törətmiş şəxslərin ifşa edilməsi istiqamətində daxili işlər orqanları tərəfindən Nərimanov rayonu ərazisində növbəti uğurlu əməliyyat-axtarış tədbiri həyata keçirilib.
İş adamı: “MTN-in maskalıları toyun ortasında zala girdi” - YENİLƏNİB
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi fasislədən sonra davam etdirilib.
Bakıda xristian qəbirlərin üzərindən dəmir barmaqlıqlar və xaçları oğurlayan şəxs tutulub
Bakıda qəbiristanlıqdan oğurluq edən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumatda bildirilir ki, Azərbaycanda bütün dinlərin nümayəndələrinin mehribanlıq və əmin-amanlıq şəraitində yaşadıqları bir zamanda bir neçə xəbər portalında qərəzli şəkildə araşdırma aparılmadan Bakı şəhərində xristian qəbiristanlığında dəfn olunan məzarların guya qəsdən kütləvi şəkildə dağıdılması, onların ətrafına çəkilmiş dəmir çərçivələrin bilərəkdən oğurlanması barədə məlumat verilib. Bununla bağlı araşdırma aparılan zaman polis orqanlarına bu barədə mart ayında cəmi iki vətəndaşın şikayət etdiyi məlum olub.
Mağazada soyğunçuluq edən aradan çıxıb
Aprelin 4-də Xətai rayonunun Ş.Mirzəyev küçəsində Bakı şəhər sakini Rüstəm Namazova məxsus mağazaya gələn naməlum şəxs soyğunçuluq yolu ilə oradan 180 manat pul götürüb "Wolkvagen" markalı avtomobildə hadisə yerini tərk edib. DİN-dən verilən məlumata görə, Xətai RPİ 37-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin avtomobil saxlanılıb, onu idarə edən paytaxt sakini İlkin Rzayev və sərnişini Fuad Abdullayev tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb.
Satıcını bıçaqla hədələyərək 600 manat pul aparan tutulub
Yasamal rayon ərazisindəki apteklərdən birində satıcını bıçaqla hədələyərək quldurluq yoli ilə oradan 600 manat pul və 150 manat dəyərində dərman preparatları aprılıb. DİN-dən verilən məlumata görə, Yasamal RPİ 29-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aparmaqda şübhəli bilinən Bakı şəhər sakini Elnur Hüseynov tutulub. Araşdırma aparılır.
Hava limanında içərisində 4000 avro olan çanta oğurlanıb
Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində içərisində 4000 avro olan çanta oğurlanıb. "Olaylar”ın Daxili işlər Nazirliyinə istinadən məlumatına görə, Nəqliyyatda Baş Polis İdarəsinin Hava Nəqliyyatında Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 16-da Heydər Əliyev Beynəlxalq Hava Limanının ərazisində Bakı şəhər sakininə məxsus, içərisində 4000 avro olan çantanı oğurlamaqda şübhəli bilinən paytaxt sakini Vaqif Rzayev tutulub.
Məhkəmədə zərərçəkən şizofreniya xəstəsi olduğunu etiraf etdi - MTN işi
Sabunçu Rayon Məhkəməsinin binasında Bakı Şəhər Hərbi Məhkəməsinin icraatında olan MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natəvan Mürvətova, həmin qurumun vəzifəli şəxsləri Füzuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam edir.














