Kriminal
Rusiyada 83 yaşlı qadını öldürən azərbaycanlıya hökm oxundu
Rusiyada 83 yaşlı qadını qətlə yetirən azərbaycanlı 9 il 7 ay azadlıqdan məhrum edilib. Lipetsk vilayətində 28 yaşlı azərbaycanlıya hökm oxunub. O, başqasının evinə qanunsuz daxil olma və qətldə ittiham olunub. Azərbaycanlı cəzasını sərt rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.
Narkotik qaçaqmalçılığının qarşısı alınıb
Biləsuvar Gömrük İdarəsinin əməkdaşları iki fakt üzrə narkotik qaçaqmalçılığının qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, idarənin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşının üzərində şəxsi yoxlama keçirilib. Yoxlama nəticəsində, vətəndaşın daxili orqanında (düz bağırsağında) bir ədəd bükümdə, xalis çəkisi 35,984 qram olan heroin aşkar edilib.
Qanunsuz qızıl-zinət əşyaları keçirilməsinin qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda zərgərlik məmulatının gömrük nəzarətindən bəyan etməməklə ölkə ərazisinə gətirilməsinə cəhdin qarşısını alıblar. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Heydər Əliyev Beynəlxalq Hava Limanında Pekin-Bakı aviareysilə gələn Azərbaycan Respublikası vətəndaşının çantası rentgen aparatından keçirilərkən monitorda qızıl-zinət əşyalarının təsviri görünüb. Bu səbəbdən həmin şəxsin çantası təkrar yoxlanılıb. Yoxlama zamanı, çantada əvvəlcədən gömrük nəzarətinə təqdim edilməyən, şifahi, elektron və ya kağız üzərində yazılı formada bəyan olunmayan – 6 ədəd üzük, 2 cüt sırğa, 2 ədəd qolbaq, 2 ədəd kulon və 1 ədəd üzəri qaşlarla bəzəldilmiş kulonlu boyunbağı aşkar edilib.
Zərərçəkmiş: "MTN-də məni təhqir etdilər" - YENİLƏNİB
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi fasilədən sonra davam etdirilib.
Maşallah Əhmədov məhkəmədə ziyanı ödəməyə hazır olduğunu deyib
Bakı Apellyasiya Məhkəməsində dələduzluqda təqsirləndirilən keçmiş futbolçu Maşallah Əhmədovun apellyasiya şikayəti üzrə məhkəmə davam edib.
8 su sayğacı oğurlayan şəxs tutulub
Bakıda oğurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Binəqədi RPİ 5-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Ə.Naxçıvani küçəsindəki evlərdən birinin girişindəki su sayğacını oğurlamağa cəhd göstərrməkdə şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Zaur Nəsirov tutulub. Ətrafında aparılan tədbirlərlə onun rayon ərazisindəki 3 evin liftlərinin əyləc dolaqlarını, habelə 8 mənzilin su sayğaclarını oğurlaması da müəyyən edilib.
Avtomobil vuran piyada yerindəcə ölüb
Sumqayıda ölümlə nəticəlnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 3-də saat 21 radələrində Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində Sumqayıt şəhər sakini Nurlan Əlizadə idarə etdiyi "Saipa" markalı avtomobillə yolu keçən qəsəbə sakini Ramin Əliyevi vurub və nəticədə piyada hadisə yerində ölüb. Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
Quldurluq edən şəxs yaxalanıb
Suraxanı rayonunda quldurluqla məşğul olan şəxs saxlanıb. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ 31-ci PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri ilə aprelin 2-də Bakı şəhər sakini Zamiq Nuriyevin 88 manat pulunu quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakinləri, əvvəllər məhkum olunmuşlar - Xəqani Həşimov və qardaşı Elçin tutulublar.
Qadının çantasını oğurlayan ələ keçib
Bakıda oöurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Nəsimi RPİ 20-ci PB əməkdaşlarının keçirdikləri tədbirlərlə fevralın 3-də paytaxt sakini olan bir qadının içərisində 120 manat pul və qızıl boyunbağı olan çantasını oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Qurami Ağayev tutulub. Araşdırma aparılır.
Bakı sakinindən tapança götürülüb
Bakı şəhər sakinindən “Revolver” tipli tapança götürülüb. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Səbail Rayon Polis İdarəsinin 41-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini Tərlan Mustafayevdən “Revolver” tipli tapança götürülüb.
Avtomobil qaçıran şəxs saxlanıb
Avtomobil qaçırmaqda şübhəli bilinən paytaxt sakini tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Sabunçu Rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 27-də Bakı şəhər sakini Fuad Cəmilova məxsus “VAZ-21011” markalı avtomobili qaşırmaqda şübhəli bilinən paytaxt sakini Elşən Bağırov tutulub.
Yanmış evdən sahibin meyiti tapılıb
Şəmkir rayonu, Dəllər Cırdaxan kəndində vətəndaşa məxsus ümumi sahəsi 150 m2 olan kürsülü birmərtəbəli 3 otaq və aynabənddən ibarət evin yanar konstruksiyaları 150 m2 sahədə, ona bitişik tikilmiş, ümumi sahəsi 120 m2 olan 3 otaqlı köməkçi tikilinin yanar konstruksiyaları və ümumi sahəsi 80 m2 olan talvarın yanar konstruksiyaları yanıb.
Dubaya 50 min dollar aparan saxlanıb
Ölkədən qanunsuz dollar aparmaq cəhdinin qarşısı alınıb. Belə ki, Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Akif Çovdarov və digərlərinin məhkəməsi davam edib
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oğurluqda şübhəli bilinənlər saxlanıb
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, oğurluq etməkdə şübhəli bilindiyinə görə tutulan Kamil Məmmədovun ətrafında Sabunçu RPİ 15-ci PB əməkdaşları tərəfindən aparılan tədbirlərlə onun cari ilin fevral ayında Pirşağı qəsəbəsi ərazisindəki evlərdən birindən məişət əşyaları, su mühərriki və 150 metr elektrik naqili oğurlaması da müəyyən edilib. Həmçinin Yasamal RPİ 27-ci PB-nin əməkdaşları tərəfindən aprelin 1-də Zərgərpalan küçəsində yerləşən kafelərdən birindən mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Hüseyn Musayev tutulub.














