Mağazada soyğunçuluq edən aradan çıxıb

Aprelin 4-də Xətai rayonunun Ş.Mirzəyev küçəsində Bakı şəhər sakini Rüstəm Namazova məxsus mağazaya gələn naməlum şəxs soyğunçuluq yolu ilə oradan 180 manat pul götürüb "Wolkvagen" markalı avtomobildə hadisə yerini tərk edib. DİN-dən verilən məlumata görə, Xətai RPİ 37-ci PB və Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbirləri nəticəsində həmin avtomobil saxlanılıb, onu idarə edən paytaxt sakini İlkin Rzayev və sərnişini Fuad Abdullayev tutulublar. Faktla əlaqədar cinayət işi başlanılıb.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31