Kriminal
Aptekdən pul oğurlayan ələ keçib
Qaradağ rayonunda oğurluq faktının üstü açılıb. DİN-dən verilən məlumata görə, Qaradağ RPİ 10-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində martın 26-da rayon ərazisindəki apteklərdən birindən 1050 manat pul oğurlamaqda şübhəli bilinən 1 nəfər saxlanıb, 1 nəfər isə müəyyən edilib. Araşdırma zamanı saxlanan şəxsin Sumqayıt şəhər sakini, əvvəllər məhkum olunmuş Nazim Əliyev olduğu müəyyən edilib.
Maşın qaçıranın qolları qandallanıb
Aprelin 1-də Bakı şəhər sakini Ramin Aşurova məxsus "VAZ-21072" markalı avtomobil Sabunçu rayonunun Balaxanı qəsəbəsi ərazisindən qaçırılıb. DİN-dən verilən məlumata görə, Təhlükəsiz Şəhər Xidmətinin əməkdaşları tərəfindən avtomobilin Nəsimi rayonu ərazisində hərəkətdə olması müəyyən edilib və görülən tədbirlərlə saxlanılıb. Onu idarə edən Ruslan Ramazanov və sərnişini, Bakı şəhər sakini Ceyhun Babayev 12-ci Polis Bölməsinə təhvil veriliblər.
Daxili işlər nazirinin keçmiş müavinini döyüldü
Bu gün Tbilisidə iki naməlum maskalı şəxs Gürcüstan daxili işlər nazirinin keçmiş müavini Gela Xvedelidzeyə hücum edib. G.Xvedelidzenin həyat yoldaşının verdiyi məlumata görə, hücum onların yaşadığı evin qarşısında baş verib. Gela Xvedelidze ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Piyadanı vurub öldürən sürücü aradan çıxıb
Bakının Xətai rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. DİN-dən verilən məlumata görə, aprelin 3-də saat 1 radələrində Xətai rayonunun Nobel prospektində müəyyən edilməyən avtomobillə yolu keçən 55-60 yaşlı kişi vurulub və nəticədə o, hadisə yerində ölüb. Xətai RPİ tərəfindən əməliyyat-axtarış tədbirləri aparılır.
Dəhşət: Qardaş və baçını doğrayıb, analarını isə yaralayıb
Aprelin 2-də saat 1 radələrində Nərimanov rayonunun Keşlə qəsəbəsində Bakı şəhər sakini Fəridə Qasımovanın üzərində kəsilmiş-deşilmiş xəsarətlər olan meyiti evinin qarışısında tapılıb, anası Lətifə Məmmədova isə müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdirilib. DİN-dən veriln məlumata görə, polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş Azər Cəfərov tutulub.
Qadını vurub qaçan sürücü 2 aydan sonra ələ keçdi
Sumqayıtda piyadanı vurub qaçan sürücü tutulu. Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sumqayıt ŞPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 8-də Valentina Kaveşnikovanın xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən “Daewoo” markalı avtomobilin sürücüsü – Xızı rayon sakini Məmmədağa Abbasov saxlanılıb. Araşdırma aparılır.
Gigiyena və Epidemiologiya Mərkəzindən kompüter oğurlanıb
Gigiyena və Epidemiologiya Mərkəzindən oğurluq olub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə martın 16-da şəhər Gigiyena və Epidemiologiya Mərkəzindən pəncərədən girmək yolu ilə kompüter oğurlamaqda şübhəli bilinən şəhər sakinləri Mahir Qənizadə və Elnur Abdullayev tutulublar. Araşdırma aparılır.
Ölkədən külli miqdarda dolların çıxarılmasının qarşısı alınıb
Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın ölkənin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.
Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar ediblər
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına gələn İran vətəndaşının idarə etdiyi minik avtomobilinə kinoloji xidmət itinin tətbiqi ilə baxış keçirilib. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı xidməti itin reaksiyasına əsasən, avtomobilin salonunda, ön panelin sağ hissəsində yerləşən barın içərisində bir ədəd bükümdə, xalis çəkisi 36,873 qram olan narkotik vasitə – qurudulmuş marixuana aşkar olunub.
Çovdarov nazirliyi məhkəməyə verdi
Həbsdə olan MTN generalı Akif Çovdarov Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı məhkəmə iddiası qaldırıb. A.Çovdarov iddia ərizəsində nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Hərbi Qulluqçular və Xüsusi Rütbəli Şəxslərlə İş İdarəsindən məlumat vərəqəsinin göndərilməsini və pensiyanın təyin edilməsini tələb edib.
MTN polkovnikinin məhkəməsi başlayıb
Bu gün Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
MTN-in sabiq şöbə rəisinin məhkəməsində “Texnibank”ın rəhbəri ifadə verib
Bakı Hərbi Məhkəməsində sahibkarlara hədə-qorxu gəlməkdə, onların külli miqdarda əmlakını ələ keçirməkdə ittiham olunan ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyiİstintaq Baş İdarəsi 2-ci istintaq şöbəsinin rəisi Vüsal Ələkbərovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.
Cəlilabadda 31 ədəd at başı aşkar edilib
Cəlilabad rayonunda sağlamlığa təhlükə törədən at əti aşkar edilib. DİN-dən verilən məlumata görə, Baş İctimai Təhlükəsizlik İdarəsi, Cəlilabad RPŞ və Kənd Təsərrüfatı Nazirliyinin Dövlət Baytarlıq Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən qida təhlükəsizliyinin qorunması, insan həyat və sağlamlığına təhlükə törədən, mənşəyi məlum olmayan heyvandarlıq məhsullarının satışının qarşısının alınması məqsədilə Cəlilabad rayonunun Maşlıq kəndi ərazisində yoxlama aparıblar. Nəticədə kənd sakini Səbuhi Abbasova məxsus təsərrüfat sahəsinə baxış keçirilərkən oradan kəsimə hazırlanan 29 at, habelə kəsilmiş halda olan 31 ədəd at başı və ayaqları aşkar edilib.
Silsilə oğurluq edən şəxslər tutulub
Cari il yanvarın 2-dən martın 10-dək olan müddətdə Gəncə şəhəri ərazisində 13 avtomobildən pul, maqnitafon və akkumulyator oğurlanıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəhər sakinləri, əvvəllər məhkum olunmuş Vüqar Hamzəyev və İlkin Bünyadov tutulublar.
Keçmiş məhkumdan “AKMS” markalı silah götürülüb
Bakı şəhər sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, Suraxanı RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş Elçin Seyfullayevdən nömrəsi silinmiş “AKMS” markalı silah, 1 patron darağı və 25 ədəd patron götürülüb.














