Kriminal
Həyat yoldaşını qətlə yetirən saxlandı
Həyat yoldaşı Afəti bıçaqla qətlə yetirməkdə şübhəli bilinən Qəbələ rayonunun Böyük Pirəlli kənd sakini Vaqif Ağababayev tutulub. Bu barədə Daxili İşlər Nazirliyindən verilən məlumata görə, martın 30-da Qəbələ şəhərində Böyük Pirəlli kənd sakini Vaqif Ağababayev ailə münaqişəsi zəminində həyat yoldaşı Afətə bıçaqla xəsarət yetirib. Xəstəxanaya yerləşdirilən Afət orada ölüb. V.Ağababayev RPŞ-nin əməkdaşları tərəfindən tutulub.
Avtomobildən 37 mobil telefon, 8 min ədəd siqaret aşkar edilib
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasında Gürcüstan Respublikasından Azərbaycan Respublikasına gələn Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi "Mersedes Benz" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.
DİN Bakıdakı ağır qəza ilə bağlı məlumat yaydı
Martın 31-də saat 1 radələrində Yasamal rayonunun C.Cabbarlı küçəsində Bakı şəhər sakini Salman Binnətli “Mercedes” markalı avtomobili idarə edərkən yolun kənarında dayanan Yadulla Məmmədova məxsus “Mercedes” markalı avtomobilə vurub.
Rusiyada 6 azərbaycanlı taksi sürücüsü tutuldu
Rusiyanın Sankt-Peterburq şəhər polisi tərəfindən həbs edilən 6 azərbaycanlı taksi sürücüsünün törətdiyi cinayətin təfərrüatı məlum olub. Sürücülər quldurluqda ittiham olunurlar.
Gömrükçülər külli miqdarda siqaret aşkarladılar
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında "Sınıq Körpü" gömrük postunun idxal nəzarəti zonasına Gürcüstan istiqamətindən daxil olan, Azərbaycan vətəndaşının idarə etdiyi "Toyota Mark-2" markalı nəqliyyat vasitəsinə gömrük baxışı keçirilib.Dövlət Gömrük Komitəsindən “Olaylar”a verilən məlumata görə, yoxlama zamanı avtomobilin yük yeri ilə arxa oturacağı arasında xüsusi düzəldilən gizli saxlanc yerindən, qapılarının örtüyünün altından və arxa oturacağının altından Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan ümumilikdə 48000 ədəd "Dubao" markalı siqaretlər aşkar edilib.Faktla bağlı araşdırma aparılır.
Güllələnən şəxs məktəb direktoru çıxdı - Yevlaxdakı QƏTLİN TƏFƏRRÜATI - FOTO
Dövlətə xəyanətdə ittiham olunan şəxslərin məhkəməsində şahidlər ifadə verib
Dövlətə xəyanətdə ittiham olunan Nardaran sakini Natiq Kərimovun və Azərbaycan İslam Partiyasının sabiq sədr müavini İnqilab Əhədovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Zərərçəkmiş: "Cinayət işi başlamamaq üçün MTN-də məndən 50 min manat aldılar"
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib. Prosesdən sonra S. Qurbanovun vəkili Azər Tağıyev jurnalistlərə açıqlama verib. Vəkilin sözlərinə görə, iclasda zərərçəkmiş şəxslərdən Aslan Cahangirov və Elxan Hüseynov ifadə verib. A. Cahangirov bildirib ki, Dubaydan 95 min manatlıq qızıl alıb. Həmin qızılları gömrükdən keçirmək üçün Elxan Hüseynova verib, özü isə Dubayda qalıb. E. Hüseynov Bakıya gəldikdən sonra təqsirləndirilən şəxslərdən Fizuli Əliyev və Natiq Əliyev onu MTN-ə aparıblar. Daha sonra A. Cahangirov Bakıya gəlib. Onu da MTN-ə apararaq qaçaqmalçılıqla məşğul olduğunu deyiblər və cinayət işi başlamamaq üçün ondan əlavə olaraq 50 min manat tələb ediblər. O da həmin pulu verib.
Avtomobildə araq və siqaret aşkar olundu
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Mersedes Benz" markalı avtomobildə Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan araqların və siqaretlərin olması barədə məlumat daxil olub.
Silahlı birləşmə yaratmaqda təqsirləndirilən azərbaycanlı İnterpola verildi
Daha bir azərbaycanlı beynəlxalq axtarışa verilib. 1980-ci ildə Quba rayonunda anadan olmuş Ramil Omarovİnterpol xətti ilə axtarışa verilib.
Düz bağırsağında heroin keçirmək istədi
“Qoşa Təpə” gömrük postunda narkotik vasitə aşkarlanıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılaraq üzərində şəxsi yoxlama aparılıb.Yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 3 ədəd bükümdə, xalis çəkisi 14 qram olan narkotik vasitə – heroin aşkar edilib. Faktla bağlı araşdırma aparılır.
Külli miqdarda siqaret aşkar olundu
Tovuz Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə "Vaz 21074" markalı nəqliyyat vasitəsində Azərbaycan Respublikasının aksiz markası ilə markalanmayan siqaretlərin olması barədə məlumat daxil olub.
Silsilə oğurluqla məşğul olan keçmiş məhkumlar saxlanıb
Yanvarın 26-dan martın 25-dək olan müddətdə Kəpəz şəhər ərazisindəki 1 evdən, mağazadan, çayxanadan və aptekdən, ümumilikdə 38 manat, tütün məmulatı və məişət əşyaları oğurlanıb.
Gözəllik salonundan pulqabı oğurlayan yaxalandı
Martın 24-də Nizami (Gəncə) şəhər ərazisindəki gözəllik salonlarından birində işçinin çantasından içərisində 2500 manat olan pulqabıoğurlanıb. DİN-dən verilən məlumata görə, Nizami (Gəncə) RPİ əməkdaşlarının keçirdikləri tədbirlərlə pulqabını oğurlamaqda şübhəli bilinən Tərtər rayon sakini Günel Yılmaz tutulub. Araşdırma aparılır.
Azərbaycanlı oliqarxlara görə keçmiş deputatın evində axtarış - Məşuqəsi tapıldı
Rusiya Federal Təhlükəsizlik Xidmətinin əməliyyatçıları "Ədalətli Rusiya" partiyasından keçmiş deputat İldar Samiyevin mənzilində axtarış aparıb. Axtarış Samiyevin azərbaycanlı oliqarxlar Roman və Solomon Manaşirov qardaşlarının (biri həbsdədir, o biri İsrailə qaçıb) ortaq biznesi, korrupsiya əlaqələri ilə bağlıdır. FTX əməliyyatçılarını axtarışda İstintaq Komitəsinin müstəntiqləri müşaiyət edib. Samiyevin axtarış aparılan iki səviyyəli mənzili "Fantaziyalar adası" adlı elit yaşayış kvartalında yerləşir.














