Kriminal
Hitlerin nazirinə məxsus silahı qanunsuz ələ keçirən şəxsə hökm oxunub
Bakı Ağır Cinayətlər Məhkəməsində qanunsuz olaraq soyuq silah satmaqda və dələduzluqda təqsirləndirilən Vəli Cəlalovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. Hökmə əsasən, V. Cəlalov 7 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Akif Çovdarovun məhkəməsində iş adamı İsfəndiyar Axundov ifadə verib
Sabunçu Rayon Məhkəməsində ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Energetika və Nəqliyyat Sahələrində Təhlükəsizlik Baş İdarəsinin həbsdə olan sabiq rəisi, general-mayor Akif Çovdarovun və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Oğrular ələ keçdilər
Azərbaycanda oğurluqda şübhəli bilinən şəxslər tutulub. Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, martın 26-da Binəqədi rayonu ərazisindəki evlərdən birinin saxlanc yerindən 4 ədəd təkər və disk oğurlanıb. Binəqədi Rayon Polis İdarəsinin 5-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən paytaxt sakini Tofiq Məmmədov tutulub, digər 1 nəfər isə müəyyən edilib.
7 yaşlı övladını vəhşicəsinə öldürən şəxslə bağlı ŞOK FAKTLAR - Silah, Fərarilik, oğurluq...
Dünən axşam saatlarında Sabirabad rayonunun Ulacalı kəndində 7 yaşlı oğlunu xüsusi amansızlıqlıa öldürən 27 yaşlı Məmmədov Röyal Şakir oğlunun əvvəllər hansı cinayətlərə görə məhkum edildiyi məlum olub. Lent.az-ın hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, övladının başına çəkiclə zərbələr endirərək onu vəhşicəsinə öldürən Röyal Məmmədov əvvəllər oğurluq etdiyinə və hərbi xidmətdə olarkən postu qoyub silahı ilə birgə qaçdığına görə məhkum edilibmiş.
"Rabitə işi"ndə təqsirləndirilən şəxs əməliyyat olunub
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq Aparat rəhbəri Vidadi Zeynalov və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Sankt-Peterburqda altı azərbaycanlı saxlanıldı
Sankt-Peterburqda altı Azərbaycan vətəndaşı saxlanılıb. DİN-in Sankt-Peterburq və Leninqrad vilayəti üzrə Baş İdarəsinin cinayət-axtarış bölməsinin əməliyyatçıları axtarış aparıb və altı Azərbaycan vətəndaşını saxlayıb. İlkin məlumatlara görə, əməliyyat təxminən bir ay əvvəl Mərkəzi Rayon İstintaq İdarəsinin "soyğunçuluq" maddəsi üzrə başlatdığı cinayət işi üzrə keçirilib. Məlum olub ki, saxlanılanların hamısı taksi sürücüsü kimi fəaliyyət göstərir.
“MTN işi” üzrə zərərçəkmiş şəxs istintaq zamanı verdiyi ifadəni təkzib edib - YENİLƏNİB
Ləğv edilmiş MTN-in sabiq baş idarə və idarə rəisləri Sübahir Qurbanov, Teymur Quliyev, Natavan Mirvətova, həmin qurumun vəzifəli şəxsləri Fizuli Əliyev, Zaur Məmmədov, Natiq Alıyev, Fərhad Atayev, Anar Şirəliyev, Eşqin Əliyev, Elşad Əzizovun barəsində olan cinayət işi üzrə məhkəmə prosesi günün ikinci yarısında davam etdirilib.
Əli İnsanovun cinayət işi məhkəməyə göndərildi
Həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanov barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşaraq məhkəməyə göndərilib. Bu barədə Ə.İnsanovun vəkili Toğrul Babayev məlumat verib.
“Sarkisyan status-kvonun qorunub saxlanması üçün hər cür məkrə əl atacaq”
“ATƏT-in Minsk qrupuna həmsdrlik edən ABŞ-ın təmsilçisi Riçard Hoqland Dağlıq Qarabağla bağlı yeni həlli planının olduğunu açıqlayıb, ancaq, əslində burada yeni bir şey yoxdur. Hələ ötən il, Kerrinin Dövlət Departamentinə rəhbərliyi dönəmində Birləşmiş Ştatların yeni həll planı hazırladığı, orada əvvəllər irəli sürülən təkliflərin "konkretləşdirildiyi" və "təmizləndiyi" açıqlanmışdı. Hoqlandın açıqlamasında yeni sayıla biləcək həmin planın 3 hissədən ibarət olduğunu vurğulanmasıdır”. Bu barədə millət vəkili Sahib Alıyev deyib.
Tofiq Zülfüqarovun 3.4 milyon dollarını ələ keçirən "MTN"-çinin atası yaxalandı
Özünü MTN əməkdaşı kimi qələmə verən, 3,4 milyon dolları dələduzluq və quldurluq yolu ilə ələ keçirməkdə ittiham olunan, 18 il həbs cəzası alan Loğman Abdullayevin atası Çingiz Abdullayev Qazaxıstanda həbs olunub.
Yardımlı sakinindən silah götürülüb
Yardımlı rayon sakinində odlu silah aşkar edilib. DİN-dən verilən məlumata görə, paytaxtın Nizami RPİ əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Yardımlı rayon sakini Cəlal Vəliyevdən 1 ədəd nömrəsi silinmiş “Liama” markalı tapança, 1 ədəd nömrəsi silinmiş “AK” markalı silah və 13 ədəd avtomat patronu götürülüb.
DİN əməliyyat keçirdi: silah-sursat aşkar edildi
Ayrı-ayrı vətəndaşlar tərəfindən əllərdə qanunsuz saxlanılan odlu silah, partlayıcı maddə və qurğuların aşkar edilərək yığılması məqsədilə daxili işlər orqanları tərəfindən əməliyyat-axtarış tədbiri həyata keçirilib.
Rüşvətə görə cəza sərtləşdirilir
Azərbaycanda rüşvətə görə cəza ağırlaşdırılır. Bununla bağlı Cinayət Məcəlləsinə dəyişiklik təklif edilib.Belə ki, rüşvət vermə, yəni xidməti vəzifəsinin (səlahiyyətlərinin) icrası ilə əlaqədar hər hansı hərəkətin edilməsi və ya belə hərəkətin edilməsindən imtina olunması müqabilində vəzifəli şəxsə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemət, imtiyaz və ya güzəşt təklif olunması, vəd edilməsi və ya verilməsinə görə cəza ağırlaşacaq.
MTN polkovnikinin cinayət işinə xitam verilib
Ləğv olunmuş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) Antiterror Mərkəzinin rəis müavini, polkovnik İlqar Əliyevin barəsində cinayət işinə xitam verilib. Bu barədə cinayət işini aparan istintaq orqanı qərar qəbul edib.
İrandan qayıdan kişinin düz bağırsağından narkotik çıxdı
Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda İran İslam Respublikasından Azərbaycan Respublikasına piyada gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb. Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, yoxlama zamanı vətəndaşın daxili orqanında (düz bağırsağında) 1 ədəd bükümdə xalis çəkisi 12,970 qram olan narkotik vasitə – tiryək aşkar olunub. Faktla bağlı araşdırma aparılır.













