“Sarkisyan status-kvonun qorunub saxlanması üçün hər cür məkrə əl atacaq” 

“ATƏT-in Minsk qrupuna həmsdrlik edən ABŞ-ın təmsilçisi Riçard Hoqland Dağlıq Qarabağla bağlı yeni həlli planının olduğunu açıqlayıb, ancaq, əslində burada yeni bir şey yoxdur. Hələ ötən il, Kerrinin Dövlət Departamentinə rəhbərliyi dönəmində Birləşmiş Ştatların yeni həll planı hazırladığı, orada əvvəllər irəli sürülən təkliflərin "konkretləşdirildiyi" və "təmizləndiyi" açıqlanmışdı. Hoqlandın açıqlamasında yeni sayıla biləcək həmin planın 3 hissədən ibarət olduğunu vurğulanmasıdır”. Bu barədə millət vəkili Sahib Alıyev deyib.

"ATƏT-in Minsk qrupuna həmsdrlik edən ABŞ-ın təmsilçisi Riçard Hoqland Dağlıq Qarabağla bağlı yeni həlli planının olduğunu açıqlayıb, ancaq, əslində burada yeni bir şey yoxdur. Hələ ötən il, Kerrinin Dövlət Departamentinə rəhbərliyi dönəmində Birləşmiş Ştatların yeni həll planı hazırladığı, orada əvvəllər irəli sürülən təkliflərin "konkretləşdirildiyi" və "təmizləndiyi" açıqlanmışdı. Hoqlandın açıqlamasında yeni sayıla biləcək həmin planın 3 hissədən ibarət olduğunu vurğulanmasıdır". Bu barədə millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, bu 3 hissədə böyük ehtimalla təmas xəttində nəzarət mexanizminin yaradılması, işğalçının Dağlıq Qarabağ ətrafındakı bir neçə rayondan çəkilməsi, müəyyən bir müddətdən sonra isə status məsələsinin həlli təklifləri yer alıb: "Bu da bir növ mərhələli həll plandır ki, Azərbaycan prinsipcə, ona qarşı deyil. Sadəcə, bu həll planında birinci sırada işğalçının Dağlıq Qarabağ ətrafındakı rayonlardan çəkilməsi tələbi qoyulmalıdır. Nəzarət mexanizmi isə məhz bundan sonra yaradılmalıdır. Əks təqdirdə danışıqlarda heç bir irəliləyiş mümkün deyil. Ermənistan rəhbərliyi nəzarət mexanizmi yaradıldıqdan sonra təmas xəttinin de-fakto sərhəddə çevirildiyini görüb, status-kvonun bundan sonra da qorunub saxlanması üçün hər cür məkrə əl atacaq. 25 illik təcrübə göstərir ki, həmsədr dövlətlər isə yenə də "tərəflər öz aralarında razılığa gəlməlidilər" kimi köhnə bayatılarından o yana getməyəcəklər".

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31